Kılıçdaroğlu Məhərrəm İncəyə çağırış edib: "Küslülüyü burax, gəl"
Tarix: 11-05-2023 19:57 | Bölmə: Siyasət
Kılıçdaroğlu Məhərrəm İncəyə çağırış edib: "Küslülüyü burax, gəl"

Seks görüntüləri ilə təhdid olunduqdan sonra prezidentliyə namizədliyini geri götürən Məmləkət Partiyasının başqanı Məhərrəm İncənin qərarına partiya ldierləri münasibət bildirib.

Reyting.az
xəbər verir ki, İYİ Partiyasının sözçüsü Kürşad Zorlu "Haberturk" TV-nin canlı yayımında deyib:

“Bu qərarın cənab Kılıçdaroğlunun seçkilərdə bir addım daha önə çıxacağına töhfə verəcəyinə inanıram”.

Millət İttifaqının namizədi Kamal Kılıçdaroğlu isə Məhərrəm İncəyə müraciət edib.

Kılıçdaroğlu deyib ki, ona hələ namizədlikdən əvvəl etdiyi təklif qüvvədədir:

"Çağırışım hələ də qüvvədədir. İndi köhnə inciklikləri, küsmələri bir kənara qoyaq. İncə bəyi Türkiyənin süfrəsində salamlayırıq. Buyursun, gəlsin".

E. ARAZ




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}