Fransa Cənubi Qafqazda daha təhlükəli oyuna başlayıb
Tarix: 11-05-2023 20:56 | Bölmə: Siyasət
Fransa Cənubi Qafqazda daha təhlükəli oyuna başlayıb

Fransa Ermənistandakı səfirliyinə yeni hərbi attaşe təyin etmək qərarına gəlib. Reyting.az xəbər verir ki, bu barədə məlumatı Caliber.az etibarlı mənbələrdən əldə edib.

Bildirilir ki, bu təyinatla bir müddət əvvəl Fransanın “Intelligence Online” nəşrinin yaydığı məlumat öz təsdiqini tapır.

Xatırladaq ki, bu məsələ ilk dəfə 2022-ci ilin sentyabrında Ermənistan Respublikasının Müdafiə naziri Suren Papikyanın Fransaya səfəri zamanı yüksək səviyyədə müzakirə edilib və hazırda rəsmiləşdimə işləri görülür.

Yeni hərbi attaşenin Fransanın öldürücü silahlarının Ermənistana tədarükünə nəzarət edəcəyi bildirilir.

Onu da qeyd edək ki, Parisin İrəvana öldürücü silahların tədarükü ilə bağlı hərbi-siyasi qərarına əsas dəstəyi Fransa prezidenti Emmanuel Makron verir.

Beləliklə, Avropa İttifaqının aparıcı ölkələrindən biri regiona öldürücü silahların verilməsindən imtina etmək kimi ənənəvi ümumavropa siyasətini kobud şəkildə pozur, bununla da regionda hərbi balansı Ermənistanın xeyrinə dəyişməyə çalışır.

Onu da qeyd edək ki, Caliber.az Fransanın Ermənistana hansı növ silahlar verməyi planlaşdırması ilə bağlı məlumatlar paylaşacaq.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}