Ermənistan sülh danışıqlarından başqa məqsədlər üçün istifadə edir - Politoloq
Tarix: 12-05-2023 10:55 | Bölmə: Siyasət
Ermənistan sülh danışıqlarından başqa məqsədlər üçün istifadə edir

"Erməni rəsmi mənbələri sərhəddə baş verən silahlı insidentləri “atəşkəs rejiminin pozulması” kimi təqdim edirlər. Bu terminologiya Azərbaycan tərəfindən 44 günlük müharibədən əvvəl istifadə olunub. İndi isə söhbət sərhəddəki insidentlərdən gedir".

Reyting.az
xəbər verir ki, bunu politoloq İlqar Vəlizadə erməni tərəfinin Kəlbəcər istiqamətində təxribatını şərh edərkən deyib.

İ. Vəlizadə bildirib ki, belə davranışlarla İrəvan birbaşa və ya dolayısı ilə müharibənin bitmədiyini və yenidən başlaya biləcəyini nümayiş etdirir:

"İrəvanda müharibə vəziyyətinin davam etməsini istəyirlər və vaxtaşırı bu istiqamətdə müəyyən təxribatlar törədirlər. Sərhəddə baş verən son hadisələr də bunun təsdiqidir”.

İ. Vəlizadənin fikrincə, belə bir təəssürat yaranır ki, Ermənistanın sülh danışıqlarında iştirakı böyük blef, yəni gözə kül üfürməkdir.

Onun sözlərinə görə, İrəvan Qərbə sülh istədiyini və amma Bakının guya buna mane olduğunu göstərməyə çalışır. “Eyni zamanda Azərbaycanla qarşıdurmasında Rusiyanın Ermənistanı dəstəkləmək istəmədiyini göstərir. Lakin Ermənistan hökumətinin Qərbin danışıqlar təşəbbüsləri sahəsində hərəkət etməkdən başqa çarəsi yoxdur”,- deyə İ. Vəlizadə əlavə edib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}