Kılıçdaroğlu ilə İmamoğlu mitinqlərə gülləkeçirməz gödəkcə ilə çıxıblar - Fotolar
Tarix: 12-05-2023 23:12 | Bölmə: Siyasət
Kılıçdaroğlu ilə İmamoğlu mitinqlərə gülləkeçirməz gödəkcə ilə çıxıblar

Türkiyədə prezidentliyə namizəd Kamal Kılıçdaroğluya sui-qəsd anonslarından sonra təhlükəsizlik tədbirləri artırılıb.

Reyting.az
Türkiyə mediasına istinadla xəbər verir ki, bu gün Kılıçdaroğlunun mühafizəçiləri avtomat silahla silahlanıblar.

Onlar Samsin və Ankara mitinqlərində Kılıçdaroğlunun mühafizəsini ikiqat artırmaqla yanaşı, ona və Əkrəm İmamoğluya gülləkeçirməz gödəkcə geyinməyi tövsiyə ediblər.

Məlumata görə, K. Kılıçdaroğlu ilə Ə. İmamoğlu Samsun və Ankara mitinqlərində xalqın qarşısına gülləkeçirmə gödəkcə ilə çıxıblar.

E. ARAZ






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}