Politoloq: "Ermənistan Konstitusiyasına görə Qarabağ Ermənistanın tərkib hissəsidir"
Tarix: 16-05-2023 08:39 | Bölmə: Siyasət
Politoloq: "Ermənistan Konstitusiyasına görə Qarabağ Ermənistanın tərkib hissəsidir"
Fuad Çıraqov

"Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan son Brüssel görüşü haqqında fikirlərini paylaşıb. Orda ən maraqlı məqam Paşinyanın Şarl Mişelin paylaşdığı sənəd əsasında müqavilə imzalamaq hüququnun olmaması və ya imzalasa belə bunun Ermənistan Konstitusiyasına zidd olmasını deməsidir".

Reyting.az
xəbər verir ki, bunu politoloq Fuad Çıraqov bildirib.

F. Çıraqov qeyd edib ki, Ermənistan Konstitusiyasına görə Qarabağ Ermənistana ilhaq edilib, onun tərkib hissəsidir və sülh müqaviləsi imzalamaq üçün gərək, konstitusiya dəyişdirilə.

Politoloq hesab edir ki, növbəti danışıqlarda gərək Azərbaycan Ermənistandan öz daxili qanunvericiliyində müvafiq dəyişiklik etmə tələbini qoysun. “1992-ci il Konstitusiyası qəbul edilib. 1989-cu il Ermənistan SSRİ Ali Sovetinin qərarının hüquqi qüvvədən düşməsi üçün müvafiq addımlar atmağı tələb etməlidir. Belə bir hüquqi kazusun meydana çıxacağını keçən il qeyd etmişdim", - deyə F. Çıraqov bildirib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}