Daha 33 vəzifəli şəxs "qara siyahı”ya salınıb
Tarix: 21-09-2018 00:58 | Bölmə: Siyasət
Daha 33 vəzifəli şəxs "qara siyahı”ya salınıb

Birləşmiş Ştatlar cümə axşamı Rusiyanın müdafiə sənayesi kompleksi ilə əlaqəli olan 33 vəzifəli şəxsini "qara siyahı”ya salıb.

TASS xəbər verir ki, bunu jurnalistlərlə telefon söhbətində Amerika administrasiyasının yüksək rütbəli nümayəndəsi deyib.

"ABŞ-ın dövlət katibi Maykl Pompeo CAATSA qanunu ("Sanksiyalar vasitəsi ilə Amerika düşmənlərinə müqavimət haqqında”) çərçivəsində "Rusiyanın müdafiə və kəşfiyyat sektorunun maraqları üçün çalışan 33 nəfəri qara siyahıya əlavə edib”, – deyə o, bildirib.(Report)




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}