Fərid Şəfiyev: “Afrika ölkələri hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib”
Tarix: 17-05-2023 11:24 | Bölmə: Siyasət
Fərid Şəfiyev: “Afrika ölkələri hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib”

“Afrika ölkələri hər zaman, o cümlədən İkinci Qarabağ müharibəsi dövründə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib”.

Reyting.az
xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev "Afrika Günü"nə həsr olunan "Qlobal çağırışlar əsrində Afrikanın gücləndirilməsi və çoxtərəfliliyin təşviqi: Qoşulmama Hərəkatının rolu" mövzusunda konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Afrika ölkələri Qoşulmama Hərəkatı çərçivəsində böyük rol oynayır və Azərbaycan da təşkilata sədrliyi dövründə buna diqqət ayırıb.

Xatırladaq ki, Afrika Birliyinin sələfi olan Afrika Birliyi Təşkilatının 1963-cü ildə yaradılmasının ildönümünü münasibətilə hər il mayın 25-i “Afrika Günü” kimi qeyd olunur(Report).




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}