Politoloq: "Rusiya “ana dövlət” statusunu itirəcək, Azərbaycan Avrasiyanın mərkəzində güclü dövlətə çevriləcək"
Tarix: 17-05-2023 12:08 | Bölmə: Siyasət
Politoloq: "Rusiya “ana dövlət” statusunu itirəcək, Azərbaycan Avrasiyanın mərkəzində güclü dövlətə çevriləcək"

"Rusiya ucuz qiymətə neft-qaz satmağa dücar olaraq karbohidrogen diskontuna çevrilib. “Ucuz mallar” mağazasının bənzəri olan karbohidrogen diskontu çox böyük dövlət xərcləri olan böyük bir ölkənin yükünü uzun müddət çəkə bilməz. Bu səbəbdən də Rusiya Avrasiyanın siyasi ab-havasını müəyyən edən “ana dövlət” statusunu itirəcək və materikin siyasi ağırlıq mərkəzi dəyişəcək".

Bunu Reyting.az-a politoloq Xəqani Cəfərli deyib.

Onun fikrincə, Ukrayna çoxsaylı problemləri olan postsovet respublikasından regional supergücə çevrilmə yolundadır. “Təxminlərimə görə, 3-5 ilə Ukrayna regional supergücə çevriləcək və Avrasiyanın Qərb hissəsində əsas söz sahibi olacaq.
Rusiyanın “ana dövlət” statusunu itirməsi, Ukraynın regional supergücə çevrilməsi Avrasiyanın mərkəzində türk dövlətlərinin ağırlıq mərkəzlərindən birinə çevrilməsinə imkan yarada bilər", - deyə X. Cəfərli əlavə edib.

Türkiyənin belə şansı itirdiyini bildirən politoloq Azərbaycanın önə çıxmasını vacib sayır. X. Cəfərli bildirib ki, Azərbaycanın önə çıxmasının zamanı yaxınlaşır. İran və Rusiyadakı türk toplumlarının istiqlaliyyət əldə etməsi Azərbaycanı Avrasiyanın mərkəzində güclü dövlətə çevirəcək.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}