Kissincer: “Avropanın təhlükəsizliyi üçün Ukraynanı NATO-ya qəbul etmək lazımdır”
Tarix: 18-05-2023 08:07 | Bölmə: Siyasət
Kissincer: “Avropanın təhlükəsizliyi üçün Ukraynanı NATO-ya qəbul etmək lazımdır”

ABŞ-ın sabiq dövlət katibi Kissincer Ukraynanın Şimali Atlantika Alyansına üzvlüyünü tezləşdirməyi təklif edib.

Reyting.az
xəbər verir ki, eks-dövlət katibi bu barədə “The Economist” jurnalına müsahibəsində bildirib.

“Ukraynanı NATO-ya üzv qəbul etməyə dəyər və bu, həm Kiyevin, həm də Moskvanın maraqlarına cavab verərdi”, - deyən Kissincerə görə, bu addım Ukrayna rəhbərliyinin gələcəkdə ərazi mübahisələrini hərbi yolla həll etmək cəhdlərinə ehtiyacın yaranmayacağını təmin edərdi.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}