Baxmut uğrunda döyüş: rus ordusu təşəbbüsü itirir
Tarix: 18-05-2023 10:23 | Bölmə: Siyasət
Baxmut uğrunda döyüş: rus ordusu təşəbbüsü itirir

Ukrayna Silahlı Qüvvələrinin Baxmut istiqamətində məhdud əks-hücumları Rusiya qoşunlarının bu istiqamətdə təşəbbüsü itirməsi ilə nəticələnir. Reyting.az Ukrayna KİV-lərinə istinadla xəbər verir ki, bunu ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu bildirib.

İnstitutun analitikiləri diqqətə çatdırırlar ki, hazırda Ukrayna qüvvələrinin uğurları həm Ukrayna Müdafiə Nazirliyində, həm də Rusiya Müdafiə Nazirliyində təsdiqlənir.

İnstitut, Rusiya Müdafiə Nazirliyinə istinadla bildirir ki, Ukrayna Silahlı Qüvvələri Boqdanovka (Baxmutdan 5 km şimal-qərb) və İvanovski (Baxmutun qərbindən 6 km) bölgələrində irəliləyir.

Ekspertlər qeyd edirlər ki, Ukraynanın əks-hücumları məhdud olsa da, ruslar bu mərhələdə döyüş meydanında təşəbbüsü itirməyə başlayıblar.

Y. QACAR




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}