14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Paşinyan: "Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü tanıması mühüm addımdır"
Tarix: 18-05-2023 16:54 | Bölmə: Siyasət
Paşinyan: "Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü tanıması mühüm addımdır"

“Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevlə görüş müsbət addım idi, bu, regionda sülhün bərqərar olması, sülh müqaviləsinin razılaşdırılması və sərhədlərin delimitasiyası üçün vacibdir”.

“Sputnik Ermənistan” xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında mayın 14-də Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevlə görüşə münasibət bildirərkən deyib.

Paşinyan Brüsseldə Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü tanımasını mühüm addım adlandırıb. O, hökumətin iclasında bildirib ki, Belçika paytaxtında Azərbaycan Ermənistanın 29,8 min, Ermənistan isə Azərbaycanın 86,6 min kvadratmetr ərazisini tanıyıb.

Onun sözlərinə görə, bu, regionda sabitliyin bərqərar olmasına və sülh müqaviləsi mətninin yekunlaşdırılmasına imkan verəcək.

“Növbəti addım delimitasiya komissiyasının formalaşdırılmasının hüquqi əsaslarının müəyyən edilməsi olmalıdır”, - Paşinyan söyləyib.

“Vurğulamalıyam ki, Brüsseldə dəmir yolu xəttinin blokdan çıxarılması ilə bağlı müsbət rəy formalaşıb. Amma keçmiş təcrübəni nəzərə alaraq hələlik bunun təfərrüatlarını açıqlamayacağam”, - o əlavə edib(Report).




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}