Politoloq: “Putin Azərbaycan və Ermənistan arasında sülh sazişinin Moskvada imzalanmasını istəyir”
Tarix: 18-05-2023 17:23 | Bölmə: Siyasət
Politoloq: “Putin Azərbaycan və Ermənistan arasında sülh sazişinin Moskvada imzalanmasını istəyir”

Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan tərəfinin Moskvada Rusiya və Azərbaycan liderlərinin iştirakı ilə üçtərəfli görüş keçirməyə razılaşdığını açıqlayıb. Məlum olub ki, üç ölkə liderinin Moskva görüşünün mayın 25-də keçirilməsi planlaşdırılır. Bundan əvvəl, mayın 19-da Moskvada üç ölkənin xarici işlər nazirləri səviyyəsində üçtərəfli danışıqların keçirilməsi gözlənilir.

Reyting.az
-ın xəbərinə görə, politoloq Elxan Şahinoğlu deyib ki, əslində Rusiya lideri Vladimir Putin tələsir.

Rusiya prezidenti V. Putinin mayın 25-də Moskvada Azərbaycan prezidenti İ. Əliyev və Ermənistanın baş naziri N. Paşinyanla görüş keçirməyə ehtiyac duymasının səbəblərinə gəldikdə, E. Şahinoğlu bildirib ki, Kreml vasitəçilikdə Brüssel və Vaşinqtondan geri qalmaq istəmir.

“İlham Əliyevlə Nikol Paşinyan arasında Brüsseldə bir neçə məsələylə bağlı şifahi razılaşma əldə edilib. Bu, Kremli narahat edir. Putin iki ölkə arasında gələcək sülh sazişinin Moskvada imzalanmasını istəyir. Bunun il ərzində reallaşması mümkündür, ancaq Kreml iki ildən sonra sülhməramlı kontingentini Qarabağdan çıxaracağı ilə bağlı Bakıya təminat verməlidir”, - deyə E. Şahinoğlu əlavə edib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}