16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
BQP: “Molla rejiminin sui-qəsdlərinə etiraz edin!” - Bəyanat
Tarix: 22-05-2023 10:15 | Bölmə: Siyasət
BQP: “Molla rejiminin sui-qəsdlərinə etiraz edin!”

Böyük Quruluş Partiyası (BQP) Güney Azərbaycan Milli Azadlıq Hərəkatının lideri Əhməd Obalı və oğlu Dənizin ABŞ-da vəhşicəsinə döyülməsi ilə bağlı Bəyanat qəbul edib.

Reyting.az
xəbər verir ki, Bəyanatda deyilir:

“Yayılan məlumata görə Amerikada mühacir həyatı yaşayan ABŞ vətəndaşı, mənfur İran rejiminə qarşı mübarizə aparan ən dəyərli şəxsiyyətlərimizdən biri, GünAz TV-nin rəhbəri və qurucusu Əhməd Obalı və oğlu vəhşicəsinə döyülüb. Hazırda Əhməd bəyin vəziyyəti ağırdır, oğlu isə reanimasiyaya yerləşdirilib. Məlumata görə 6 nəfərin sui-qəsdinə məruz qalan Güney Azərbaycan vətənpərvərlərinin liderinin barmaqları qırılıb, boynunu qırmağa cəhd ediblər, bu səbəbdən də qolları və barmaqları işləmir.

Hadisənin təfsilatı ilə bağlı dəqiq məlumat olmasa da, indiyədək törədilən terror hadisələri, İran adlı məmləkətdə öz hüquqları uğrunda mübarizə aparanlara qarşı yönələn amansız irtica siyasəti, dünyanı heyrətləndirən edam cəzaları onu təxmin etməyə əsas verir ki, baş vermiş bu vəhşilik aktının da arxasında molla rejimi durur.

Azərbaycan xalqının müstəqillik mücadiləsinin ilk günlərindən dövlətçiliyimizin bərpa olunmasını gözü götürməyən, torpaqlarımıza qarşı yönəlmiş erməni təcavüzünü başından bəri bütün imkanları ilə dəstəkləyən Tehran rejimi bu gün daha məkrli və faciələrlə nəticələnən terror aktları törtəməklə, casus şəbəkələrini geniləndirməklə Azərbaycana və türk dünyasına qarşı öz düşmənçiliyini davam etdirməkdədir. Müstəqillik dönəmində İran xüsusi xidmət orqanlarının Azərbaycanda törətdiyi terror faktları hər kəsə məlumdur. Akademik Ziya Bünyadovun, jurnalist Rafiq Tağının qətlləri, səfriliyimizə edilən silahlı basqın, partiyamızın başqanı, Millət vəkili Fazil Mustafaya qarşı törədilən terror aktı onu deməyə əsas verir ki, ölkəmizlə, Güney Azərbaycanla bağlı bu tipli hadisələrin, Obalılara qarşı sui-qəsdin də bütün hüquqi sübutları, obyektiv isbatları əvvəlkilər kimi geç-tez molla rejimini deyəcək!

Böyük Quruluş Partiyası Güney Azərbaycanın azadlığı uğrunda mübarizə aparan Əhməd Obalıya və oğluna qarşı törədimiş sui-qəsdi, bu fəhşi fiziki işgəcə əməlini qətiyyətlə pisləyir və Azərbaycanın siyasi partiyalarını, qeyri-hökumət təşkilatlarını, insan haqları müdafiəçilərini, kütləvi-informasiya vasitələrini bu hadisəyə biganə qalmamağa və bu bəyanata qoşulmaqla öz etiraz səslərini ucaltmağa çağırır".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}