Sinan Oğan MHP başqanı olmaq istəyir
Tarix: 23-05-2023 09:56 | Bölmə: Siyasət
Sinan Oğan MHP başqanı olmaq istəyir
Sinan Oğan

"Sinan Oğanın prezident seçkilərinin ikinci turunda heç bir rolu ola bilməz. Onu niyə söyürlər, anlamıram. İlk turda ona verilən səslər onun deyildi. İYİ Parti də öz partiyasına səs verib. CHP-dən zəhləsi gedənlər, eləcə də MHP də öz təşkilatını dəstəkləyib, amma Erdoğanı bəyənməyənlər Sinan Oğan səs verdilər".

Bunu Reyting.az-a Respublikaçı Alternativ Partiyasının funksioneri Natiq Cəfərli deyib.

Onun fikrincə, Sinan Oğana səs sekulyar-sağ millətçi kəsimdən gəlib: "Millətçi-sekulyar-sağ kəsim CHP-yə zatən oy verməz. Oğanın məqsədi prezident olmaq deyildi, ola da bilməzdi, o, indi vəzifə də almaz, amma MHP-yə geri dönmək üçün Erdoğandan söz, dəstək ala bilər, bəlkə də alıb”.

N. Cəfərli əlavə edib ki, MHP-də Baxçalıdan sonra Başqan axtarışı zatən davam edir: “AKP üçün MHP ilə ittifaq çox vacibdir, MHP isə "bloklayıcı azlıq" rolundan məmnundur - məsuliyyəti az, idarəetməyə isə ortaqdırlar, həm də AKP-ni "uc nöqtələrə" sürüşməkdən çəkindirirlər.

Yəni siyasət elmi bunları deyir, bu, çox vacib elmdir və əlifbasını bilmədən kitabını oxumaq olmaz".

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}