Rusiya və Belarus nüvə silahları ilə bağlı sənəd imzalayıb
Tarix: 25-05-2023 12:45 | Bölmə: Siyasət
Rusiya və Belarus nüvə silahları ilə bağlı sənəd imzalayıb

Rusiya və Belarus arasında Rusiya nüvə silahlarının Belarus ərazisində xüsusi anbarda saxlanmasını nəzərdə tutan protokol imzalanıb.

Reyting.az
xəbər verir ki, sənədi Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Belarusun paytaxtı Minskdə belaruslu həmkarı Viktor Hreninlə imzalayıb.

Belarus Müdafiə Nazirliyindən bildiriblər ki, Belarus Müdafiə naziri Viktor Hrenin və Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Minskdə ikitərəfli görüş keçirib. Hərbi rəhbərlər hərbi-siyasi vəziyyəti və müdafiə nazirlikləri arasında hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə ediblər. Rusiyanın qeyri-strateji nüvə silahlarının Belarus Respublikası ərazisindəki xüsusi anbarda saxlanması qaydasını müəyyən edən sənədlər imzalanıb.

Nazir Hrenin görüşlə bağlı açıqlamasında Qərbin Rusiya və Belarusa “görünməmiş təzyiq” etdiyini bildirib:

“Qərb həm Belarus Respublikasına, həm də Rusiya Federasiyasına bütün sahələrdə misli görünməmiş təzyiq göstərir. Belarus və Rusiya arasında imzalanmış bu sənəd ölkələrimizin milli təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. Bu şəraitdə Belarus Respublikası Rusiya Federasiyası ilə hərbi sahədə strateji müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsində, doktrinal sənədlərimizdəki öhdəliklərin gücləndirilməsi və ikitərəfli qarşılıqlı fəaliyyətin dərinləşdirilməsində maraqlıdır”.

Y. QACAR




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}