“Vaqner”in muzdlu döyüşçüləri Baxmutdan çıxır - Foto
Tarix: 25-05-2023 17:17 | Bölmə: Siyasət
“Vaqner”in muzdlu döyüşçüləri Baxmutdan çıxır

Rusiyanın “Vaqner” muzdlu dəstəsinin lideri Yevgeni Priqojin döyüşçülərin Ukraynanın Baxmut şəhərindən geri çəkilməyə başladığını açıqlayıb.

Reyting.az
-ın xəbərinə görə, Y. Priqojin elan edib ki, “Vaqner” Ukraynanın Baxmut şəhərindən qoşunlarını çıxarmağa və oradakı mövqelərini nizami rus qoşunlarına təhvil verməyə başlayıb.

“Biz qoşunları Baxmutdan çıxarırıq”, - deyən Priqojin bildirib ki, bu gün saat beşdən iyunun 1-dək qoşunların əksəriyyəti arxadakı düşərgələrə çəkiləcək: “Mövqelərimizi orduya təhvil veririk”.

Qeyd edək ki, Priqojin Ukrayna müharibəsinin ən uzun və ən qanlı döyüşlərindən sonra şənbə günü Baxmutu ələ keçirdiyini elan edib.



Y. QACAR




Bölməyə aid digər xəbərlər
15-09-2023, 15:57 İran hücuma hazırlaşır

{sape_links}{sape_article}