Lukaşenko: “Rusiyanın nüvə silahları Belarus ərazisinə daşınır”
Tarix: 25-05-2023 21:02 | Bölmə: Siyasət
Lukaşenko: “Rusiyanın nüvə silahları Belarus ərazisinə daşınır”

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya nüvə silahlarının Belarus ərazisinə ötürülməsinə başlandığını bildirib.

Reyting.az
xəbər verir ki, bu barədə BELTA məlumat yayıb.

Lukaşenko qeyd edib ki, Putin ona müvafiq fərmanın imzalanması barədə məlumat verib.

“Anbar yerləri hazırlamaq lazım idi və s. Bunu etdik və nüvə silahlarının daşınmasına başlanıldı”, - deyə Belarus prezidenti əlavə edib.

Lukaşenko bir qədər əvvəl Rusiya lideri V. Putinə respublika ərazisində nüvə silahı yerləşdirdiyinə görə təşəkkür etdiyini də bildirib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}