Deputat qanuna ədalətsiz düzəliş təklif edir
Tarix: 24-09-2018 16:53 | Bölmə: Siyasət
Deputat qanuna ədalətsiz düzəliş təklif edir

Deputat Araz Əlizadə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında avtomobillərdə siqaret çəkilməsinin qadağan olunmasını təklif edib.

A.Əlizadə deyib ki, sürücünün siqaret çəkməsi idarəetmənin itirilməsinə səbəb ola bilər.

“Sürücü siqareti çəkən zaman siqaretin külü şalvarına düşür, sürücü külü təmizləməyə çalışır, bu zaman onun diqqəti yoldan yayınır. Ona görə də bunu qadağan etmək lazımdır”.

Etiraf edək ki, Araz Əlizadənin bu təklifi ədalətli deyil və insan hüquqlarının pozulması anlamına gəlir.

Digər tərəfdən, siqaretin çəkilməsi idarəetmənin itirilməsinə səbəb ola bilməz. Əksinə, siqaretə aludə olan bəzi sürücülər onu vaxtında çəkmədikdə əsəblərinə hakim ola bilmədiklərini söyləyirlər. Hətta bəziləri “Siqareti vaxtlı-vaxtında qəbul etmədikdə əllərim əsir”,-deyirlər. Odur ki, A. Əlizadənin məntiqsiz təklifi qanunda əksini taparsa, bu, yol qəzalarının azalmasına deyil, artmasına səbəb ola bilər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər