Rusiyada deputatların sayının azaldılması təklif olunur
Tarix: 24-09-2018 18:24 | Bölmə: Siyasət
Rusiyada deputatların sayının azaldılması təklif olunur

Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski “Rusiya Federasiyasında seçki qanunvericiliyinin təkmilləşdirilməsi” mövzusunda keçirilən dəyirmi masada deyib ki, Dövlət Dumasında deputatların sayının azaldılmasını mümkün hesab edir.

“Onlar oturur, 450 deputat, çıxış edə bilmirlər – sonra seçicilər şikayət edirlər ki, o oturur, o görünmür, o qəzet oxuyur. Təsəvvür edirsinizmi, hər gün susurlar. Biz 450 deputatın hamısına çıxış imkanı verə bilmərik”, - Reyting.az bildirir ki, bunu Jirinovski deyib.

O, əmindir ki, deputatların sayının azaldılması bu məsələnin həllinə imkan verəcək.

Vladimir Jirinovski bu ideyanı əvvəllər də səsləndirib. O, 2010-cu ildə Dövlət Duması deputatlarının sayının 200-ə qədər azaldılmasını təklif edib.

Jirinovski 2017-ci ildə isə əmin idi ki, Dövlət Dumasında 300 deputatın olması kifayətdir.

Xatırladaq ki, parlamentin aşağı palatası qanunla 450 deputatdan ibarət olmalıdır: bunun yarısı partiya siyashısı, qalanı birmandatlı dairələrdən seçilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər