Prezident icra başçısını vəzifədən azad edib - Foto
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 21-04-2016 11:26 | Bölmə: Siyasət

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bu gün İrəvana səfəri başlayır.
"Yeni Müsavat”ın yazdığına görə, iki günlük səfər Qarabağ münaqişəsinin həlli istiqamətindəki bir sıra qaranlıqlara işıq sala biləcək.
Qəzet Lavrovun Ermənistana artıq Bakının tanış olduğu hansısa konkret planla getdiyini güman edir.
Maraqlıdır ki, Rusiya XİN başçısının İrəvan səfəri öncəsi "İzvestiya” qəzeti Kremldəki etibarlı qaynaqlara istinadən yazıb ki, prezident Vladimir Putin şəxsən Qarabağ məsələsi ilə məşğul olmaq qərarı verib. "Rusiya, şəxsən prezident Putin yaxın günlərdə Qarabağ danışıqlarında kompromis əldə olunmasına aktiv şəkildə yardımçı olacaq. Putin Azərbaycan ərazilərinin bir hissəsini qaytarmaq istəyir” - nəşr vurğulamışdı.
"İzvestiya” Azərbaycan ərazilərinin bir qisminin nəyin qarşılığında azad olunması haqda da yazmışdı:
"Plan ondan ibarətdir ki, Azərbaycan ərazilərinin bir qismi qaytarılır, münaqişə zonasına sülhməramlı qüvvələr yeridilir, köçkünlər qayıdır və Dağlıq Qarabağ legitimləşir, yəni sərhədlər açılır, iqtisadi əlaqələr bərpa edilir, daha sonra, yəni emosiyalar yatdıqdan sonra regionun mənsubluğu haqda referendum keçirilir”.
"Lavrovun İrəvana məhz belə bir planı aparacağı mümkündür. Bəzi məlumatlara görə, həmin plana ərazilərin bir hissəsinin qaytarılması qarşısında Avrasiya layihələrinə Azərbaycanın qoşulmasına Bakının razılığını almaq da var və "sülhməramlı” dedikdə Moskva elə Rusiya hərbçilərini nəzərdə tutur. Bu üzdən ən çox Bakının Kremlin yeni-köhnə sülh planına hansı reaksiyanı verəcəyi maraq doğurur və həlledici ola bilər”.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər