13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
10:21 / 02-02-2026
Vergi və gömrük sahəsində yeni güzəştlə bağlı qərar imzalanıb
10:16 / 02-02-2026
Əli Əsədov qərar imzalayıb
10:12 / 02-02-2026
Bataqlıqların itirilməsi qlobal iqtisadiyyatı təhdid edir
09:55 / 02-02-2026
Əfqanıstan ŞƏT-də iştirakını bərpa edəcək
09:49 / 02-02-2026
OPEC+ martın əvvəlinədək neft hasilatını dondurub
09:40 / 02-02-2026
Meyxanaçı: "Hər şeyi darmadağın etdilər"
09:38 / 02-02-2026
“Sərhədsiz həkimlər”in Qəzzada işləməsi qadağan edilib
09:23 / 02-02-2026
Lənkərandakı yanğında bir nəfər həyatını itirib
09:18 / 02-02-2026
Mehriban Əliyeva gənclərə dəstək nümayiş etdirib
09:14 / 02-02-2026
Prezident Gənclər Günü münasibətilə paylaşım edib - Foto
09:09 / 02-02-2026
Tehran Vaşinqtonla razılığa gəlməyə hazırdır, amma...
09:03 / 02-02-2026
Tramp: Kanada 51-ci, Qrenlandiya 52-ci ştatımız olacaq
01:09 / 02-02-2026
Tramp BMT qərargahının Nyu-Yorkdan köçürülməsinə qarşıdır
00:59 / 02-02-2026
Zelenski danışıqlarla bağlı yeni detalları açıqlayıb
00:51 / 02-02-2026
Ceki Çan ölümündən sonra yayımlanacaq mahnı yazdırıb
00:45 / 02-02-2026
Lavrov: Avropa Rusiya ilə müharibəyə hazırlaşır
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
13:37 / 28-01-2026
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
14:09 / 28-01-2026
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
13:38 / 28-01-2026
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Sahibə Qafarova: “14 iclas keçirilib, 91 qanun qəbul edilib, 18 müqavilə təsdiq olunub”
Tarix: 31-05-2023 13:57 | Bölmə: Siyasət

Milli Məclisin yaz sessiyasında 14 iclas keçirilib, 91 qanun qəbul edilib. Başqa sözlə, 1 yeni qanun qəbul olunub, 72 qanunda dəyişiklik edilib, 18 beynəlxalq müqavilə təsdiqlənib.
Reyting.az xəbər verir ki, bunu spiker Sahibə Qafarova Milli Məclisin yaz sessiyasının yekunlarından danışarkən deyib.
Onun sözlərinə görə, Milli Məclis Konstitusiya ilə nəzərdə tutulan qanunvericilik səlahiyyətlərini tam həcmdə yerinə yetirib.
S. Qafarova bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən quruculuq işlərinin və islahatların qanunvericilik bazası daha da möhkəmləndirilib və təkmilləşdirilib:
“Hörmətli həmkarlar, yaz sessiyasının ən önəmli hadisəsi xalqımızın Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə Milli Məclisin mayın 16-da keçirilən xüsusi iclası olub.
Xarici ölkələrin 27 parlament sədrinin və sədr müavininin, 57 parlament üzvünün, 4 beynəlxalq parlament təşkilatının, eləcə də xarici dövlətlərin diplomatik korpusunun təmsilçilərinin iclasda iştirak etməsi, ümumiyyətlə, xarici ölkələrin 228 nümayəndəsinin Bakıya gəlməsi Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısında xidmətlərinin, dünya siyasət sənətinə verdiyi töhfələrin beynəlxalq miqyasda nə qədər yüksək qiymətləndirildiyini bir daha nümayiş etdirib”.
Yaz sessiyasında görülmüş işlərdən danışan S. Qafarova deyib ki, hakimiyyətin müxtəlif qolları arasında səmərəli əməkdaşlıq Milli Məclis qarşısında dayanan vəzifələrin uğurla yerinə yetirilməsinə kömək göstərib: “Bununla əlaqədar mən parlamentlə hökumət arasında konstruktiv iş birliyini xüsusi vurğulamaq istəyirəm. Hökumətin müxtəlif strukturlarının, o cümlədən nazirliklərin və dövlət komitələrinin nümayəndələri mütəmadi olaraq Milli Məclisin və komitələrin iclaslarına dəvət olunub, qanun layihələrinin müzakirəsi zamanı onların rəyləri dinlənilib, eyni zamanda, deputatların bir sıra mülahizə və təklifləri də icra orqanları tərəfindən nəzərə alınıb.
Böyük ictimai əhəmiyyət daşıyan məsələlərin müzakirəsi və qanun layihələrinin keyfiyyətinin daha da yüksəldilməsi məqsədi ilə lazım gəldikdə, ictimai dinləmələrin keçirilməsi praktikasından istifadə edilib.
Belə ki, Milli Məclisin Gənclər və idman komitəsi “Heydər Əliyev – müasir Azərbaycan gənclər siyasətinin banisi” mövzusunda, İnsan hüquqları komitəsi “Dağları aşarkən: Qərbi Azərbaycana dinc və hüquqi qayıdış” mövzusunda, Mədəniyyət komitəsi Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyi ilə birlikdə “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi ilə əlaqədar, habelə Elm və təhsil komitəsi Elm və Təhsil Nazirliyi ilə birlikdə “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı ictimai dinləmələr keçiriblər.
Qanunvericilik sahəsində görülən işlərlə yanaşı, Milli Məclis bəzi xarici dövlətlər tərəfindən Azərbaycanın suverenliyinə qarşı yönələn hərəkətlərə etiraz əlaməti olaraq bəyanatlar da qəbul edib. Parlamentin səlahiyyət dairəsinə daxil olan təyinat məsələləri həll edilib.
Ümumən Milli Məclisin 14 qərarı qəbul olunub.
Hörmətli həmkarlar, yaz sessiyasında Milli Məclisin nəzarət funksiyasının yerinə yetirilməsi istiqamətində müvafiq tədbirlər də görülüb. Belə ki, Nazirlər Kabinetinin, Hesablama Palatasının, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun, İnsan hüquqları üzrə müvəkkilin və bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən müvafiq qurumun hesabat, məruzə və məlumatları dinlənilib.
Hörmətli həmkarlar, yaz sessiyası ərzində parlamentin beynəlxalq əlaqələrinin inkişafı sahəsində mühüm tədbirlər həyata keçirilib”.
S. Qafarova qeyd edib ki, bu sessiyada, yəni keçən 4 ayda Milli Məclisin 85 deputatı 33 ölkəyə 213 səfər həyata keçirib, üzv olduğumuz beynəlxalq təşkilatların hamısının toplantılarında iştirak və çıxış ediblər.
“Millət vəkillərimiz Türkiyədə keçirilən prezident və parlament seçkilərini, habelə Qazaxıstanda və Bolqarıstanda keçirilən parlament seçkilərini müşahidə ediblər.
41 ölkənin və 7 beynəlxalq təşkilatın 67 nümayəndə heyəti, ümumən 343 nəfər xarici qonaq Milli Məclisdə olub.
Hörmətli həmkarlar, Milli Məclis sədrinin 5 ölkəyə rəsmi və 6 ölkəyə işgüzar səfərləri olub. Milli Məclisdə isə mən 17 ölkənin parlament sədrləri və sədr müavinləri, 5 beynəlxalq parlament təşkilatının rəhbərləri, 1 ölkənin icra hakimiyyəti orqanının nümayəndəsi, 5 dövlətin Azərbaycandakı səfirləri ilə görüşlər keçirmişəm”.
Milli Məclis sədri diqqətə çatdırıb ki, Azərbaycan Respublikası Milli Məclisinin sədri Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə Türkdilli Dövlətlərin Parlament Assambleyası, Ərəb Parlamenti, ASEAN Parlamentlərarası Assambleyası arasında əməkdaşlıq haqqında anlaşma memorandumları da imzalanıb:
“Türk Dövlətlərinin Parlament Assambleyasında Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinə müşahidəçi statusu verilmiş, TÜRKPA isə Parlament Şəbəkəsində müşahidəçi statusu almaq üçün müraciət edib.
Hörmətli həmkarlar, mayın 22-də Azərbaycan parlamenti böyük bir beynəlxalq tədbirə ev sahibliyi edib. Milli Məclisin və ATƏT-in Parlament Assambleyasının birgə təşkilatçılığı ilə “Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu” mövzusunda konfrans keçirilib. Toplantıda ATƏT-in üzvü olan 27 ölkənin və 4 beynəlxalq təşkilatın nümayəndələri iştirak ediblər.
Beləliklə, hörmətli həmkarlar, Milli Məclis yaz sessiyasını uğurla başa çatdırıb. Bununla əlaqədar mən sizə səmərəli iş üçün təşəkkür edirəm”.
E. KAMAL
Bölməyə aid digər xəbərlər

Bu gün, 10:58
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
Bu gün, 09:09
Tehran Vaşinqtonla razılığa gəlməyə hazırdır, amma...
30-01-2026, 18:07
ABŞ Nümayəndələr Palatasının üzvləri Azərbaycana gəlib
30-01-2026, 15:21
Hikmət Hacıyev BMT rəsmisi ilə müzakirə aparıb
30-01-2026, 13:20
Zelenski Moskvada Putinlə görüşü istisna edib
30-01-2026, 12:42
Ceyhun Bayramov BƏƏ-nin XİN başçısı ilə telefonda danışıb
30-01-2026, 12:09
ABŞ müdafiə naziri NATO-nun əsas görüşündə iştirakdan imtina edib
30-01-2026, 09:55
Rusiya BMT-dən nəyi xahiş edir?
30-01-2026, 06:36
Amerikalılar Trampı klassik faşistə bənzədir
29-01-2026, 15:27
Bəylər Eyyubovun qardaşı oğlu həbsdən buraxılmayıb
29-01-2026, 08:18
Ankara İranda sabitliyin tərəfdarıdır
28-01-2026, 23:53
Aİ ilə Azərbaycan arasında mühim məsələlər müzakirə olunub
28-01-2026, 17:10
Ceyhun Bayramov Çin xarici işlər naziri ilə görüşüb - Yenilənib
28-01-2026, 15:18
Deputatlar daha 16 qanuna dəyişiklik edəcək - Siyahı
28-01-2026, 13:45
Türkiyəyə qarşı plan: ABŞ geri çəkilir, Fransa terror təşkilatına köməyini artırır
28-01-2026, 11:04
Abbas Abbasovun Bakıdakı mənzillərində axtarış aparılıb
28-01-2026, 10:08
Sülh Şurası Azərbaycanı təsisçi üzv kimi salamlayıb
27-01-2026, 21:17
Ukrayna ABŞ ilə 20 bəndlik sülh sənədi imzalayacaq
27-01-2026, 17:08
Milli Məclisə bu təşkilatda müşahidəçi statusu verilib
27-01-2026, 13:29
Apellyasiya Məhkəməsi Əli Kərimli barəsində qərar verib
27-01-2026, 13:16
Hikmət Hacıyevin adından saxta məzmunlu video yayılıb
27-01-2026, 12:47
Ceyhun Bayramov Çinə gedib
27-01-2026, 12:26
Türkiyənin Ermənistana yardım edəcəyi ilə bağlı iddialar əsassızdır
27-01-2026, 10:40
XİN Holokost qurbanlarını anıb
27-01-2026, 08:34
HƏMAS rəsmiləri Ankarada səfərdədir
26-01-2026, 19:33
İsrailin xarici işlər naziri Bakıda deputatlarla görüşüb
26-01-2026, 12:47
Azərbaycan və İsrail XİN başçıları görüşüb - (Yenilənib) - Foto
26-01-2026, 10:22
Sahibə Qafarova Bəhreyn kralı ilə müzakirə aparıb
26-01-2026, 08:05
ABŞ-nın Qrenlandiya ilə bağlı planı üzə çıxıb
24-01-2026, 23:50
Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşüb
24-01-2026, 16:28
Fəzail Ağamalı: "Qızım yeni sədrdir, oğlum isə partiyadan çıxarılıb"
24-01-2026, 15:22
Ana Vətən Partiyasına sədr seçiblər - Qurultay
23-01-2026, 17:05
Apellyasiya Məhkəməsi Zabil Qəhrəmanovu həbsdə saxlayıb
23-01-2026, 16:44
Bakı Vaşinqtonun etibarlı tərəfdaşına çevrilib - Politoloq
23-01-2026, 14:42
ABŞ Səfirliyi Tramp-Əliyev görüşü haqqında məlumat yayıb
23-01-2026, 14:22
Ceyhun Bayramov İran XİN başçısının müavini ilə görüşüb
23-01-2026, 12:17
Zaur Əkbər Avropaya mühacirətə yollanıb
23-01-2026, 11:22
Zahid Oruc: Sərhəd kəndlərin inkişafı ilə bağlı ayrıca dövlət proqramına ehtiyac var
23-01-2026, 08:59
Putin Trampın elçiləri ilə nəyi müzakirə edib?
23-01-2026, 00:06
Ərdoğan: Türkiyə İranda sabitliyə böyük əhəmiyyət verir
22-01-2026, 22:20
Deputatlar Konqresinin sədri Azərbaycana gəlib - Foto
22-01-2026, 14:35
Tramp: "Azərbaycan və Ermənistan liderləri mənim dostlarımdır"
22-01-2026, 12:39
ABŞ hərbi gəmiləri Yaxın Şərq və Avropaya doğru istiqamətlənib

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər