10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
Azərbaycanla Rusiya arasında siyasi məsləhətləşmələr keçirilib
Tarix: 01-06-2023 11:23 | Bölmə: Siyasət
Azərbaycanla Rusiya arasında siyasi məsləhətləşmələr keçirilib

Mayın 31-də Moskva şəhərində Azərbaycan ilə Rusiya arasında ikitərəfli siyasi məsləhətləşmələr keçirilib.

Reyting.az
xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məsləhətləşmələrdə Azərbaycan tərəfini Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov, Rusiya tərəfini isə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin təmsil edib.

Məsləhətləşmələr zamanı Azərbaycan-Rusiya münasibətlərinin ikitərəfli gündəliyində olan siyasi, iqtisadi, humanitar və digər aktual mövzular, müqavilə-hüquq bazasının genişləndirilməsi, regional əməkdaşlıq və təhlükəsizlik, o cümlədən qarşılıqlı maraq kəsb edən beynəlxalq məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Nümayəndə heyətləri regionda sülh, təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsinə yönəlmiş səylərin, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması kontekstində əldə olunan bütün razılaşmaların icrası istiqamətində ardıcıl addımların atılmasının vacibliyini qeyd ediblər.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}