Politoloq: "Beşli formatın uğur qazanacağını söyləmək çətindir "
Tarix: 02-06-2023 11:50 | Bölmə: Siyasət
Politoloq: "Beşli formatın uğur qazanacağını söyləmək çətindir "

"Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan ilk dəfə beşli format - Azərbaycan, Ermənistan, Avropa İttifaqı, Fransa və Almaniyanın iştirakı ilə müzakirə apardı. Almaniya kansleri Olaf Şolts ilk dəfə kollektiv müzakirədə iştirak etdi. Bu il oktyabrın 5-də İspaniyada keçiriləcək 3-cü Avropa Siyasi Birliyi Sammiti çərçivəsində Azərbaycan, Ermənistan, Almaniya, Fransa və Avropa İttifaqı liderlərinin daha bir beştərəfli görüşü keçiriləcək".

Bunu Reyting.az-a politoloq Elxan Şahinoğlu deyib.

E. Şahinoğlu əlavə edib ki, bu format müharibədən əvvəl Rusiya-Ukrayna gərginliyi ilə bağlı yaradılan Normand formatına - Rusiya, Ukrayna, Fransa və Almaniya platformasında bənzəyir:

"Normand formatı işə yaramadı və dağıldı. Azərbaycan-Ermənistan danışıqları ilə bağlı beşli formatın da uğur qazanacağını söyləmək çətindir. Sadəcə, Fransa və Almaniya bu format vasitəsilə “danışıqlarda biz də varıq”,- demək istəyirlər”.

Politoloq diqqətə çatdırıb ki, Moskva, Vaşinqton, Brüssel fotmatına Fransa və Almaniyanın iştirakı ilə “beşli format” da əlavə olunub.

ELÇİN




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}