09:14 / 21-06-2025
Muğam müsabiqəsinin qalibləri məlum olub - Siyahı
09:04 / 21-06-2025
Vəkili pop-ulduzun narahatlığının səbəbini açıqlayıb
08:58 / 21-06-2025
Hərbi gəmiləri batırmağa hazırlaşırlar
08:52 / 21-06-2025
İranın hərbi obyektlərinə zərbələr endirilib
08:46 / 21-06-2025
İstanbulda Paşinyana dialoqu xatırladıblar
08:33 / 21-06-2025
Parlament rəhbəri sülh müqaviləsinin bağlanacağı vaxtı açıqlayıb
08:26 / 21-06-2025
ABŞ İranda rəhbərliyi dəyişmək istəyir
08:19 / 21-06-2025
Nebenzya: “Bu, Rusiyanın Kiyevə ən yaxşı təklifidir”
08:08 / 21-06-2025
Koronavirusun yeni ştammı asanlıqla yayılır
07:22 / 21-06-2025
Bu gün Bakıda UFC turniri keçiriləcək
07:13 / 21-06-2025
Azərbaycanda yay fəsli başlayıb
22:34 / 20-06-2025
Türkiyədə zəlzələ olub
21:13 / 20-06-2025
Avropa Rusiya qazından imtinaya görə 200 milyard avro itirib
20:06 / 20-06-2025
Paşinyan Türkiyədə Ərdoğanla görüşüb - (Yenilənib) - Foto
19:40 / 20-06-2025
Milli Məclisin növbəti iclasının gündəliyi dəyişib
19:30 / 20-06-2025
Daha bir hərbi qarşıdurma riski yaranır - Xəbərdarlıq
19:03 / 20-06-2025
Vitse-qubernator güllə yarasından ölüb
18:56 / 20-06-2025
İsveçrə səfirliyinin əməkdaşları Azərbaycana təxliyə edilib
18:29 / 20-06-2025
Bugünkü sertifikasiyada 3 300 müəllim istirak edib
18:23 / 20-06-2025
Putin: Rusiya Avropada birinci, dünyada dördüncüdür
18:09 / 20-06-2025
Paşinyan İstanbulda erməni icmasının nümayəndələri ilə görüşüb
17:58 / 20-06-2025
Hacı Vəliyev haqqında həbs qətimkan tədbirinin müddəti uzadılıb
17:39 / 20-06-2025
Növbəti depozit hərracı keçirilib
17:28 / 20-06-2025
DTX əməliyyat keçirib: icra başçısı və müavinləri saxlanılıb - (Yenilənib)
17:15 / 20-06-2025
İcra başçısından Musa Şəkiliyevin həbsinə reaksiya: "Siz Qaxa zəng edin"
16:52 / 20-06-2025
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
16:32 / 20-06-2025
“Abzas Media” işi üzrə həbs olunanlara hökm oxunub - Siyahı
16:28 / 20-06-2025
Ceyhun Bayramov Kaya Kallasla telefonda danışıb
16:26 / 20-06-2025
Professor: İraq ssenarisi İranda təkrar olunur
16:22 / 20-06-2025
Azərbaycan UNESCO-nun Hökumətlərarası Komitəsinə üzv seçilib
10:23 / 19-06-2025

11:37 / 16-06-2025

22:59 / 17-06-2025

11:06 / 16-06-2025

09:58 / 16-06-2025

11:30 / 18-06-2025

12:35 / 16-06-2025

16:03 / 17-06-2025

11:19 / 17-06-2025

12:34 / 18-06-2025

07:02 / 17-06-2025

10:52 / 18-06-2025

Bu gün Qarabağ mitinqidir: “Qarabağa azadlıq!”, “Ya Qarabağ, ya ölüm!”
Tarix: 29-09-2018 08:17 | Bölmə: Slayd

Bu gün Bakıda Qarabağ mitinqi keçiriləcək. Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən Qarabağ Komitəsinin Qarabağ mitinqinin keçirilməsi ilə bağlı müraciətinə müsbət cavab verilib. Mitinq saat 15.00-dan 17.00-dək Yasamal rayonu ərazisində, ”İnşaatçılar” metrostansiyasının yaxınlığındakı “Məhsul” stadionunda keçiriləcək.
Mitinqin Təşkilat Komitəsinin üzlərindən olan QAT sədri Akif Nağı izdihamlı mitinqin keçirilməsini nəzərdə tutduqlarını bildirib: “Mitinqə hazırlıqla bağlı komitədə kifayət qədər təcrübəsi olan adamlar var. Bundan başqa, sosial şəbəkələrin imkanlarından istifadə edirik. Həm də mitinq komitəsinə daxil olan partiyalara, ictimai təşkilatlara tapşırıqlar verilib. Hər bir yerdə mitinqlə bağlı işlərimiz davam edir. Mitinqdə iştirak etmək hər kəsin mənəvi borcudur və həm də istəyindədir. Ona görə də bir çox yerlərdən mitinqdə iştirakla bağlı təkliflər alırıq. Bu mitinqin keçirilməsi cəmiyyətdə çox böyük rezonans doğurub və böyük ehtimalla çox izdihamlı bir mitinq keçiriləcək”.
Akif Nağı deyib ki, mitinqdə şüarlar ancaq torpaqlarımızın işğalı ilə bağlı olacaq: “Mitinqin əsas şüarı “Qarabağa azadlıq” dır. Amma dünən digər şüarları da müəyyənləşdirdik. Şüarlarımız belədir: “Qarabağa azadlıq”, “Ya Qarabağ, ya ölüm”, “Yurda qayıdış təmin edilsin”, “İşğalçı Ermənistana qarşı antiterror əməliyyatına başlanılsın”, “Beynəlxalq təşkilatların ikili standartılarına son qoyulmasını tələb edirik”.
Mitinq Komitəsinə daxil olmayan siyasi təşkilatlarda aksiyaya qatılacaqlar. Bəzi qüvvələr isə mitinqdə iştirak etmək üçün xalqa çağırış ünvanlayıblar. Ümid Partiyasının sədri İqbal Ağazadə Qarabağa dəstək adlı mitinqlə bağlı xalqa müraciət edib.
Partiya sədri qeyd edib ki, təşkilatçıların kim olmasından, onların mövqeyini və siyasi kursunu bəyənib-bəyənməməyimizdən asılı olmayaraq hər bir vətəndaş Qarabağ adına orda olmalıdır: “Bu bizim vətəndaşlıq borcumuzdur. Dünyaya, Ermənistana, Qarabağ adı ilə spekulyasiya edən xarici təşkilatlara xalq olaraq bu torpaqlar uğrunda ölməyə belə hazır olduğumuzu nümayiş etdirməliyik. İqtidar mənsublarına, Yeni Azərbaycan Partiyasına müraciət edirəm. Bütün gücünüzlə bu mitinqin möhtəşəm olmasına çalışın. Süni maneələr, əngəllər törətmək istəyənlərə çağırış edin, göstəriş verin ki, mitinqin izdihamlı olmasına şərait yaratsınlar.
Siyasi partiyalara, ictimai təşkilatlara səslənirəm. Bir-birimizi sevməyə, hətta siyasi müttəfiq olmaya bilərik.Lakin Qarabağ naminə hər bir üzvünüzü, təəssübkeşinizi bu mitinqə israrla dəvət etməyə borclusunuz.
Qaçqın və məcburi köçkünlərə üzümü tuturam. Cəmi 2 saat o torpaq üçün meydanda birlik nümayiş etdirək. Harda yaşamağımızdan, yolumuzun uzaq olmasından, maddi vəziyyətimizin çətinliyindən asılı olmayaraq, mütləq o saatda müqəddəslərimizin ruhu naminə birlikdə olmalıyıq.
Qazi qardaşlarıma, müharibə iştirakçılarına səslənirəm: Bir də toparlanaq. Hər kəsə sübut edək ki, biz yenə döyüşməyə hazırıq.
Gənclərə, tələbələrə müraciət edirəm. Gəlin, Qarabağ üçün birlikdə millət olaraq çiyin-çiyinə dayanaq. Hər kəsə bu torpaq üçün canını verməyə hazır olan yeni, daha mübariz nəslin yetişdiyini bir daha nümayiş etdirək.
Milli Məclisin deputatlarına səslənirəm. Siz o meydanda Qarabağ üçün xalqla birlikdə olun. Bu ən böyük xidmət və Qarabağı müdafiədir. Hər bir Azərbaycan vətəndaşına israrla, təkidlə, xahişlə müraciət edirəm. Bu, bizim milli birlik üçün ən böyük fürsətimiz, imkanımızdır. Heç kim bundan siyasi məqsəd üçün istifadə etməyəcək. Tək məqsəd dünyaya və Ermənistana bu xalqın Qarabağ üçün əl-ələ, çiyin-çiyinə dayana biləcəyini nümayiş etdirməkdir. Nə hava şəraiti, nə işimizin çoxluğu, nə imkansızlıq bizi bu birliyi nümayiş etdirməkdən çəkindirməməlidir. Hamımız Qarabağ naminə, Azərbaycanın birliyi və bütövlüyü naminə sevgi və hörmətlə yanaşı dayanmağa, bu ölkəni necə sevdiyimizi birlikdə nümayiş etdirməyə borcluyuq. Borcumuzu ödəmək zamanıdır".
ADP sədrinin müavini Həsrət Rüstəmov isə “Reytinq”ə deyib ki, Qarabağla bağlı xalqın münasibətini göstərə biləcək aksiyaya tərəfdarıdır. Onun sözlərinə görə, bu cür kütləvi aksiyalar xalqın nisbətən laqeyd, passiv kəsiminin diqqətini ərazilərimizin işğaldan azad edilməsi məsələsinə yönəldə bilər:
“Qarabağ məsələsi həmişə ictimai diqqət tələb edir. Hazırda Qarabağla bağlı danışıqlar prosesi dalana dirənib. Ərazilərimizin işğaldan azad edilməsi ilə əlaqədar vəziyyət daha mürəkkəb xarakter almağa başlayıb. Bu baxımdan nəzərdə tutulmuş mitinqin keçirilməsi vacibdir. Amma Qarabağın azadlığı ilə bağlı mitinq digər siyasi aksiyalardan həm kütləviliyi, həm də mütəşəkkilliyi ilə ciddi şəkildə fərqlənməlidir. Mitinqin təşkilinə siyasi palitranın ən müxtəlif tərəfləri ciddi şəkildə qoşulmalıdır. Elə etmək lazımdır ki, iqtidar bu mitinqin onun əleyhinə çevrilməyəcəyindən, müxalifət isə iqtidarın mitinqə mənfi mənada müdaxilə etməyəcəyindən əmin olsun. Daha doğrusu, bu aksiyanın həqiqi ümumxalq aksiyası olmasına nail olmaq lazımdır. Əks halda aksiyanın Qarabağ məsələsinə heç bir müsbət təsiri olmayacaq”.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Qarabağ mitinqinə münasibət bildirərkən deyib ki, bu məsələyə cəmiyyətin kütləvi reaksiyası vacibdir: "
Hökumət də, cəmiyyətin fəal siyasi hissəsi də qəti qərarların qəbul olunmasının vaxtı çatdığının fərqindədirlər. Biz dünya birliyinə, o cümlədən Ermənistana göstərməliyik ki, artıq səbrimiz tükənib və daha 25 il də mənasız danışıqlara vaxt sərf etməyəcəyik. Bunu etməyimiz üçün isə xalq mitinqə gəlməlidir. Əgər xalqımız seyrçi mövqə tutsa, bu mitinqin ziyanı xeyrindən daha çox olacaq”.
Tərcüməçi-yazar Nadir Qocabəyli hesab edir ki, Böyük güclər - ABŞ və Rusiya arasında dünyanın taleyini həll etmək, onu öz nüfuz dairələrinə bölmək uğrunda gedən savaş növbəti mərhələyə qədəm qoyub və bu kontekstdə Qarabağ da yenidən masaya çıxarılıb:
“Bununla bağlı Azərbaycan hökumətinin qarşısına da müəyyən variantlar qoyulub ki, burada geniş ictimaiyyətin, eyni zamanda bizim bilmədiyimiz məqamlar var. Hökumət bu məsələdə hər hansı addımı atmazdan qabaq ictimai rəyi "yoxlamağa" qərar verib. Əslində hakimiyyətin bu rəydən xəbəri var, onun necəliyi, təqdimatı bir çox məqamlarda hakimiyyətin özündən asılıdır. Sadəcə, hökumətimizə bütün məsələlərdə olduğu kimi, bu məsələni də öz xeyrinəhəll etmək üçün fakt lazımdır və həmin faktın təsdiqi də bu mitinq olacaq. Əgər ona zəif mitinq lazımdırsa, zəifini, güclüsü lazımdırsa, güclüsünü təmin etməyə çalışacaq. Mən ikinci variantı istisna edirəm. Çünki bu heç kəsə lazım deyil: nə böyük dövlətlərə, nə də bizim hakimiyyətə. Azərbaycan xalqını da elə buna görə məhv ediblər. Güclü Qarabağ mitinqi hakimiyyətə sərf etməz, onu təşkil edəcək başqa qüvvələr isə yoxdur”.
Müasir Müsavat Patiyasının sədri Hafiz Hacıyev isə bildirib ki, Qarabağla bağlı hər hansı bir addım atmaq üçün heç kimdən icazə almaq lazım deyil. Onun sözlərinə görə, Qarabağ tələbi ilə bağlı mitinqin keçirilməsi vacibdir: "Dövlətin özü də bu mitinqin keçirilməsində maraqlı olmalıdır. Dünyaya göstərməlidirlər ki, biz öz torpaqlarımızı istəyirik. Biz öz mövqeyimiz bəyan etməliyik. Bildirməliyik ki, vasitəçi dövlətlər və qurumlar 25-26 ildir ki, başımızın altına yastıq qoyurlar, Qarabağı unutdurmaq istəyirlər. Bu cür tədbirlər keçirib göstərməliyik ki, biz mövqeyimizdən geri çəkilməyəcəyik”.
MMP sədri nəzərə çatdırıb ki, bu mitinqdə bütün siyasi qüvvələr bir araya gəlməlidir. YAP başda olmaqla, iqtidarlı, müxalifətli bütün siyasi qüvvələr bir şüar altında birləşməlidir: "Sərbəst toplaşma azadlığı var, aidiyyatı qurumu xəbərdar edib aksiyamızı keçirməliyik. Dünya da görməlidir ki, Azərbaycan xalqı bir metr torpağını da güzəştə getmək fikrində deyil.
Çox təəssüflə qeyd etməliyəm ki, bəzi vəzifə sahibləri bu məsələnin gündəmə gəlməsini istəmirlər. Bunun üçün onlar arvadlarından icazə almalıdırlar ki, Ermənistana qarşı hansısa addım atılsın. Torpağımızı işğaldan azad eləmək üçün kimdənsə icazə almalı deyilik. Hakimiyyətdəki bəzi məmurlar da bilməlidirlər ki, biz ermənilərə güzəştə getməyəcəyik. Prezidentin də bu məsələdə mövqeyi bəllidir. Cəmiyyət də çıxıb bütövlükdə mövqeyini ortaya qoymalıdır”.
ALDP sədri Fuad Əliyev isə “Reytinq”ə deyib ki, Qarabağın işğaldan azad olunması ilə bağlı davamlı mitinqlər olarsa, izdiham öz-özlüyündə yaranacaq. Burda heç kimsənin “mənəmlik” iddiasına yer yoxdur.
F.Əliyev bu mitinqdən aktivlik gözləməyi elə də vacib saymır:
“Qarabağa dəstəklə bağlı mitinqlərin keçirilməsi illər boyu istənilsə də, buna icazə verilmirdi. İndi icazə verilib vəəgər iştirakçıların sayı az olacaqsa, bunu faciə kimi qəbul etmək lazım deyil. Çünki bu, Qarabağla bağlı ilk icazəli mitinqdir və hələ ki, aktivlik olmaya bilər. Mitinqlər davamlı olduqca, aktivlik də artacaq. Bütün zümrədən olanlar - müxalifətli, iqtidarlı - hamı bu meydanda bir araya gələrək dünyaya lazımi mesajımızı verməliyik. Təbii ki, Qarabağ Komitəsinin üzvü kimi bizim partiya da mitinqdə öndə dayanacaqdır. Eləcə də bütün partiyalar, ictimai fəaliyyəti aktiv olan insanlar mitinqdə olmalıdır”.
ALDP sədri bildirib ki, bütün partiya liderləri diqqəti mitinqi kimin keçirməsinə deyil, orada qoyulan məsələyə yönəltməlidir.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü Eldar İbrahimov da Modern.az-a açıqlamasında Qarabağ mitinqinin keçrilməsinə münasibət bildirib.
YAP rəsmisi hesab edir ki, mitinq Qarabağla bağlı olduğundan orada hər bir kəs iştirak etməlidir:
"Bu mitinq Azərbaycan millətinin mitinqidir. Burada iqtidar, müxalifət adı olmamalıdır. Qarabağ problemi bütün Azərbaycanın dərdidir. Burada müxalifət və iqtidar yoxdur. Ona görə də hesab edirəm ki, mitinqə hamı qoşulmalıdır. Amma mitinq də mitinq səviyyəsində olmalıdır. Mitinq Bakı Şəhər İcra Hakimiyyətinin icazəsinə hörmət əlaməti olaraq qaydalara uyğun keçirilməlidir”.
E. İbrahimov deyib ki, sentyabrın 29-da keçiriləcək Qarabağ mitinqi elə bir aksiya olmalıdır ki, onu ümumxalq mitinqi adlandıra bilək: "Çünki biz Qarabağla bağlı mitinq keçiririk və düşmən də bizə kənardan baxıb gülməsin ki, bu nə mitinqidir”.
Reyting.az
Bölməyə aid digər xəbərlər

Bu gün, 07:13
Azərbaycanda yay fəsli başlayıb
Dünən, 18:29
Bugünkü sertifikasiyada 3 300 müəllim istirak edib
Dünən, 16:26
Professor: İraq ssenarisi İranda təkrar olunur
Dünən, 13:52
İlham Əliyev Çinlə Əməkdaşlıq Planını təsdiqləyib
Dünən, 12:30
İsrail-İran davası: Münaqişənin sonu necə görünür?
Dünən, 11:08
Paşinyan Türkiyədə sülh sazişini müzakirə edəcək
19-06-2025, 13:36
NATO-da böyük dəyişiklik olacaq
19-06-2025, 12:38
Fordo tilsimi: İsrail bu obyekti necə məhv edəcək?
19-06-2025, 11:32
Rusiya ikinci strateji müttəfiqini itirmək riski ilə üzləşib
19-06-2025, 09:57
Sabah daha bir şəhidimizin dəfn mərasimi olacaq - Foto
19-06-2025, 09:12
Rusiya ilə Azərbaycan Xəzərdəki problemin həllinə çalışırlar - Foto
18-06-2025, 16:25
Trampın İrana hücumunu dayandırmaq istəyirlər
18-06-2025, 13:18
Müəllimlərin sertifikatlaşdırılması prosesinə başlanılıb - (Yenilənib)
18-06-2025, 12:34
İsrailin raketdən müdafiə vasitələri tükənir - Foto
18-06-2025, 11:30
Çindən Tehrana qeyri-müəyyən yükü olan təyyarələr uçur
18-06-2025, 10:52
İranın qonşuları çətin vəziyyətdədir
18-06-2025, 08:30
Günəşdə güclü partlayış baş verib
17-06-2025, 18:48
Rusiya Ayda hərbi təyinatlı obyekt tikəcək
17-06-2025, 17:42
İrandakı rejimi dəyişirlər?
17-06-2025, 16:03
Mollazadə: İrana qarşı hərbi əməliyyat məcburiyyətdən irəli gəlir
17-06-2025, 13:26
Professor: İranı beş yerə bölmək istəyirlər
17-06-2025, 11:19
Ərdoğan İranı niyə dəstəkləyir?
17-06-2025, 08:11
Vaşinqton Tehranla danışıqlara tələsir
17-06-2025, 07:02
Tramp sakinləri Tehranı təcili tərk etməyə çağırır
16-06-2025, 12:35
İsrail-İran qarşıdurması Cənubi Qafqazda necə əks-səda verir?
16-06-2025, 11:06
Dünyada nüvə silahı ilə bağlı gərginlik artır
16-06-2025, 08:47
İranın nüvə obyektinə zərbələr zəlzələyə səbəb olub
16-06-2025, 00:13
İran XİN-nin binası vurulub - Ölən və yaralanan var
14-06-2025, 08:07
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
13-06-2025, 17:43
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
13-06-2025, 16:44
Keçmiş səfir: Çin və Rusiyanın İranın yanında duracağına inanmıram
13-06-2025, 11:24
Azərbaycan İran və İsraili dialoqa çağırır
13-06-2025, 10:40
143 milyon manatlıq mənimsəmə üzrə yenidən məhkəmə olub
13-06-2025, 09:57
İsrailin İrana zərbələri davam edəcək
13-06-2025, 09:27
Tramp İrana hücumdan əvvəlcədən məlumatlı olub
13-06-2025, 08:30
AZAL son hadisələrlə əlaqədar bəzi reysləri ləğv edib - Siyahı
13-06-2025, 07:23
İsrail İranı vurmağa başlayıb
12-06-2025, 17:51
Nə Bayden, nə də Tramp Rusiyanın çökməsini istəmir
12-06-2025, 17:09
Təqaüd və sosial müavinətlər artırılıb - Fərman