22:34 / 20-06-2025
Türkiyədə zəlzələ olub
Nebenzya: “Bu, Rusiyanın Kiyevə ən yaxşı təklifidir”
Tarix: 21-06-2025 08:19 | Bölmə: Dünya
Nebenzya: “Bu, Rusiyanın Kiyevə ən yaxşı təklifidir”

Rusiya Federasiyasının Ukraynadakı münaqişənin həlli ilə bağlı memorandumu Ukrayna tərəfi üçün “ən yaxşı təklifdir”.

Reyting.az
xəbər verir ki, bunu Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bəyan edib.

"Bu, Ukraynanın bu gün ala biləcəyi ən yaxşı təklifdir. Biz sizə bunu qəbul etməyi məsləhət görürük”,- deyən V. Nebenzya əlavə edib ki, əks-təqdirdə bundan sonra Kiyev üçün işlər daha da pisləşəcək.

V. Nebenzya bu bəyanatı BMT Təhlükəsizlik Şurasının iclası zamanı verib.

Xatırladaq ki, memorandumda Ukraynanın öz qoşunlarını Rusiya Federasiyasının yeni vilayətlərinin (Rusiyanın nəzarətinə keçən ərazilər nəzərdə tutulur-red.) ərazisindən çıxarmalı olduğu bildirilir.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan etmişdi ki, Rusiya nümayəndə heyəti bu il iyunun 22-dən sonra danışıqlar üçün İstanbula gəlməyə hazırdır.

ELÇİN




Bölməyə aid digər xəbərlər
17-06-2025, 12:50 İki neft tankeri toqquşub