Putin: Rusiya Avropada birinci, dünyada dördüncüdür
Tarix: 20-06-2025 18:23 | Bölmə: İqtisadiyyat
Putin: Rusiya Avropada birinci,  dünyada dördüncüdür

Rusiya iqtisadi ölçülərinə görə Avropa ölkələri arasında birinci yerdə, dünyada dördüncü yerdədir.

Reyting.az
xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında bildirib.

"Rusiya ümumdaxili məhsulun həcminə görə, [yəni iqtisadi ölçüsünə görə] dünyada dördüncü, Avropada birinci yerdədir. Bunlar çox mühüm göstəricilərdir",- deyə dövlət başçısı əlavə edib.

Putin vurğulayıb ki, təkcə bu mövqeyə nail olmaq deyil, həm də Rusiyanın dünyanın ən böyük iqtisadiyyatlarından biri statusunu daim təsdiqləmək vacibdir.

Qeyd edək ki, iyunun 18-dən 21-dək Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu keçirilir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər