Növbəti depozit hərracı keçirilib
Tarix: 20-06-2025 17:39 | Bölmə: İqtisadiyyat
Növbəti depozit hərracı keçirilib

Maliyyə Nazirliyi dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə vahid xəzinə hesabının milli valyutada olan sərbəst qalığının yerli banklarda depozitə yerləşdirilməsi üçün növbəti dəfə depozit hərracı təşkil edib.

Reyting.az
xəbər verir ki, hərracın nəticələrinə əsasən, vahid xəzinə hesabının 500 milyon manat sərbəst qalığı kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri beş bankında 28 gün müddətinə, 7 % orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.




Bölməyə aid digər xəbərlər