12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Mafiyanın 250 üzvünə 2200 ildən çox həbs cəzası verilib - Foto
Tarix: 21-11-2023 12:36 | Bölmə: Slayd
Mafiyanın 250 üzvünə 2200 ildən çox həbs cəzası verilib

İtaliyanın Kalabriya bölgəsindəki Lamezia Terme şəhərində dünyanın ən böyük cinayətkar şəbəkələrindən sayılan “Ndrangheta” cinayət təşkilatı ilə bağlı 3 ilə yaxındır davam edən araşdırma nəticəsində hökmlər verilib.

Reyting.az
-ın xəbərinə görə, qəsb, narkotik ticarəti və oğurluq kimi bir sıra cinayətlərdə ittiham edilən 338 nəfərin işində 230-dan çox müttəhim mühakimə olunub. Eyni zamanda 100-ə yaxın şəxsin bəraət aldığı bildirilir.

Hökmlərin oxunması təxminən 2 saat çəkib və 250 nəfəri əhatə edib.

İclasda müttəhimlər haqqında hökmlərin oxunması təxminən 1 saat 40 dəqiqə davam edib və İtaliyanın Kalabriya bölgəsindəki iki mafiya lideri - Saverio Razionale və Domeniko Bonavota 30 illik həbs cəzası verilib.

Məhkəmə Forza İtalia Partiyasından olan keçmiş siyasətçi-vəkil Cankarlo Pittellini mafiya ilə əməkdaşlıq etdiyinə və məlumat ötürdüyünə görə 11 il, keçmiş yerli polis rəisi Giorgio Nasellini isə 2 il 6 ay həbs cəzasına məhkum edib.



Məlumata görə, məhkəmənin qərarlarından apellyasiya şikayətləri verilir.

İtaliyanın ən tanınmış hakimlərindən biri və işin prokuroru Nikola Gratteri açıqlamasında deyib: “Bugünkü qərar bütün Kalabriya bölgəsinin cinayət təşkilatının yüksək səviyyəli rəhbərlərindən azad edilməsi deməkdir”.

Məhkəmə zamanı mafiya üzvlərinə ümumilikdə 2200 ildən çox cəza verilib.

Xatırladaq ki, İtaliyada sonuncu dəfə 1986-cı ildə Palermoda “Siciliya mafiyası” kimi tanınan cinayət təşkilatı “Cosa Nostra”ya qarşı açılan işdə eyni vaxtda yüzlərlə mafiya üzvü mühakimə olunub.

E. KAMAL




Bölməyə aid digər xəbərlər