12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Əcnəbilər İrandan Azərbaycana keçərək təxliyə olunur - Fotolar
Tarix: 14-06-2025 08:51 | Bölmə: Slayd
Əcnəbilər İrandan Azərbaycana keçərək təxliyə olunur

İrandakı xarici ölkə vətəndaşlarının öz ölkələrinə qayıtması üçün Astara sərhəd-keçid məntəqəsindən keçmələrinə şərait yaradılıb.

Reyting.az
bildirir ki, bəzi xarici dövlətlər Azərbaycan hökumətinə İranda olan vətəndaşlarının təxliyəsi məqsədilə Azərbaycanın ərazisindən keçməklə öz ölkələrinə qayıtmasına yardım göstərilməsi ilə bağlı müraciət ediblər.

Azərbaycan dövləti humanitar prinsipləri rəhbər tutaraq həmin şəxslərin təxliyəsi üçün sözügedən sərhəd-keçid məntəqəsindən keçmələrinə şərait yaradıb.

Son məlumata görə, Qazaxıstanın altı vətəndaşı öz ölkəsinə qayıtması üçün Astara sərhəd-keçid məntəqəsindən Azərbaycana keçib.

İrandan təxliyə edilən xarici vətəndaşlara tibbi xidmət göstərilməsi üçün şərait yaradılıb, onlara səhər süfrəsi açılıb.

Evakuasiya prosesi davam edir.(Report)







Bölməyə aid digər xəbərlər