12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Zelenski: “Donbass və Krımı Rusiyaya versək, müharibəni dayandıra bilərik”
Tarix: 22-11-2023 17:23 | Bölmə: Slayd
Zelenski: “Donbass və Krımı Rusiyaya versək, müharibəni dayandıra bilərik”

Ukrayna Rusiya Federasiyasının Qara Dəniz Donanmasını qismən məhv etməyə müvəffəq olub.

Reyting.az
xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski bildirib.

Prezident deyib ki, Ukrayna Qara dənizdə irəliləyişə nail olduğundan cəbhədəki vəziyyət dalana dirənib: “Hər gün düşünürəm ki, biz uğur qazanmışıq. Qara dənizdə də uğurumuz var. Biz həqiqətən Rusiya donanmasının bir hissəsini məhv etmişik. Onların Qara dəniz regionuna o qədər də total təsiri yoxdur”.

V. Zelenski qeyd edib ki, Ukrayna Rusiya ilə müharibəni dayandıra bilər, lakin bunun üçün Donbass və Krımı işğalçılara verməli olacaq: “Bəli, Donbass və Krımı Rusiyaya versək, müharibəni dayandıra bilərik. Amma ölkəmiz belə bir “sülh planı”na hazır deyil”.

O, həmçinin ABŞ-ın sabiq prezidenti Donald Trampla da görüşməyə və onun Ukrayna ilə bağlı sülh planını dinləməyə hazır olduğunu bildirib: “Gəlin onunla danışaq və ona “sülh formulunda” hansı addımların olduğunu göstərməyə imkan verək. Mən onunla görüşməyə hazıram. Təbii ki, onun aydın sülh planı varsa, bunu mənimlə bölüşə bilər”.

Zelenski ABŞ Konqresinin Ukraynaya kömək edəcəyinə inanır: “Ümid edirəm ki, ABŞ Rusiya terrorizmi ilə mübarizədə bizimlə olacaq”.

Ukrayna prezidenti ABŞ-ın silah istehsalına, o cümlədən Ukraynaya dəstək üçün vəsait ayırmasının faydasından da söz açıb. Amerika cəmiyyətinin bir hissəsinin Ukraynaya dəstək üçün vəsaitlərin amerikalıların öz ehtiyaclarına daha yaxşı xərclənməsi mövqeyini şərh edən Zelenski deyib ki, pulun böyük hissəsi istehsal yolu ilə ABŞ-a qayıdır: “Ukrayna üçün istehsal edəndə siz amerikalılarla da istehsal edirsiniz. Beləliklə, istehsalın böyük hissəsi sizin ştatlarınızda, eləcə də Ukraynada olacaq”.

Zelenski əlavə edib ki, silah istehsalı üzrə birgə müəssisələr həm amerikalılar, həm də ukraynalılar üçün əlavə iş yerlərini təmin edəcək.

E. KAMAL




Bölməyə aid digər xəbərlər