12:36 / 14-06-2025
Sabah yağış yağacaq
ABŞ və Çin liderləri G20 sammitinə qatılmır, Rusiya prezidenti isə sammitdə çıxışa hazırlaşır
Tarix: 22-11-2023 18:22 | Bölmə: Slayd
ABŞ və Çin liderləri G20 sammitinə qatılmır, Rusiya prezidenti isə sammitdə çıxışa hazırlaşır

ABŞ prezidenti Co Bayden və Çin lideri Si Cinpin G20 liderlərinin bu gün keçiriləcək virtual sammitində iştirak etməyəcəklər.

Reyting.az
xəbər verir ki, bu barədə Qərb mediası yazıb.

Məlumata görə, iclasa Hindistanın baş naziri Narendra Modi sədrlik edəcək.

Çin Xarici İşlər Nazirliyi Si Cinpinin iclasda iştirak etməyəcəyini, onu ölkənin baş naziri Li Çianqın əvəz edəcəyini bildirib.

Bu arada Hindistanın xarici işlər naziri Vinay Kvatra deyib ki, G20 liderlərinin “böyük əksəriyyəti” çərşənbə günü keçiriləcək video iclasda iştirak edəcək.

ABŞ prezidenti Co Baydenin də sammitdə iştirak etməyəcəyi bildirilir.

Kreml Rusiya prezidenti Vladimir Putinin dünya liderlərinin toplantısında çıxış edəcəyini təsdiqləyib.

Bildirilir ki, iclasa sədrlik edəcək Narendra Modi Çin lideri Si Cinpinin də iştirak etdiyi inkişaf etməkdə olan iqtisadiyyatların liderlərinin virtual görüşünə qatılmayıb. Həmin görüşdə İsrail və HƏMAS arasındakı münaqişə müzakirə olunub. Hindistanı isə bu görüşdə ölkənin xarici işlər naziri təmsil edib.

“Hindistan, inkişaf etməkdə olan iqtisadiyyatların gündəmin mərkəzi olmasını israr edərkən, sədrlik etdiyi ildən bəri əldə edilən irəliləyişləri nəzərdən keçirməyə ümid edir. Hindistan Rusiyanın işğalı ilə bağlı mübahisələr fonunda sentyabr ayında G20 liderlərinin sammitində birgə bəyanatla çıxış edib. O vaxtdan bəri İsrail və HƏMAS arasında müharibə inkişaf etmiş dünya ilə Qlobal Cənub ölkələri arasında nifaqı daha da artırıb”, - bunu “Bloomberg” yazıb.

Sentyabrda ABŞ prezidenti Co Bayden G20 bəyannaməsində Rusiyanı niyə qınamadığını açıqlamışdı. Onun sözlərinə görə, sammitin kifayət qədər sərt olmayan yekun bəyannaməsi Qlobal Cənub ölkələrinin mövqeyi ilə deyil, həm də G20-nin bərabərhüquqlu üzvləri olan Rusiya və Çinin mövqeyi ilə bağlıdır.

E. KAMAL




Bölməyə aid digər xəbərlər