12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Ermənistan-Azərbaycan sərhədində delimitasiya komissiyasının iclası keçiriləcək - (Yenilənib)
Tarix: 23-11-2023 15:24 | Bölmə: Slayd
Ermənistan-Azərbaycan sərhədində delimitasiya komissiyasının iclası keçiriləcək - (Yenilənib)

Noyabrın 29 və 30-da Ermənistan-Azərbaycan sərhədində delimitasiya komissiyasının iclası keçiriləcək.

Reyting.az
xəbər verir ki, bu barədə "Caliber"ə diplomatik mənbələrdən məlumat daxil olub.

Müvafiq razılaşmalar hər iki tərəf tərəfindən təsdiqlənib.

İki ölkənin delimitasiya məsələlərini vasitəçi olmadan özlərinin həll etməyə çalışması, şübhəsiz ki, müsbət göstəricidir.

Xatırladaq ki, sərhədin delimitasiyası komissiyası ötən müddət ərzində iki dəfə, ən son isə bu ilin iyulunda iclas keçirib.

***

Sərhədlərin delimitasiyası üzrə komissiyanın görüşü noyabrın 30-da Azərbaycan və Ermənistan arasındakı sərhəd bölgəsində keçiriləcək.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib(Report).

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Ermənistana sərhədyanı bölgədə təkbətək görüş keçirilməsini təklif etmişdi. Noyabrın 22-də rəsmi İrəvan sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının keçirilməsinə razılıq vermişdi.

***

Sərhədlərin delimitasiyası üzrə komissiyanın görüşü noyabrın 30-da Azərbaycan və Ermənistan arasındakı sərhəd bölgəsində keçiriləcək.

Reyting.az
xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə açıqlama verib: "Əldə olunan razılaşmaya əsasən, noyabr ayının 30-da Azərbaycan ilə Ermənistan arasında sərhəd bölgəsində Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə dövlət komissiyasının Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın növbəti 5-ci iclası keçiriləcək".




Bölməyə aid digər xəbərlər