12:36 / 14-06-2025
Sabah yağış yağacaq
İranda “birinci xanım” titulu: Rəisinin həyat yoldaşı ilə bağlı qeyri-müəyyənlik davam edir
Tarix: 23-11-2023 11:51 | Bölmə: Slayd
İranda “birinci xanım” titulu: Rəisinin həyat yoldaşı ilə bağlı qeyri-müəyyənlik davam edir

Türkiyənin birinci xanımı Əminə Ərdoğanın bu həftə İstanbulda təşkil etdiyi sammitdə İran prezidentinin xanımı Cəmilə Ələm əl-Hoda iştirak etməyib.

Görəsən, prezident İbrahim Rəisinin həyat yoldaşı tədbirə dəvət olunmayıb, yoxsa o, tədbirə qatılmamaq qərarına gəlib?

İstənilən halda bunun arxasında İranda “birinci xanım” titulu ilə bağlı son mübahisənin dayanıb-dayanmaması hələ də qeyri-müəyyən olaraq qalır.

Reyting.az
xəbər verir ki, bu barədə “Iran Wire” yazıb.

Nəşrin təhlilində qeyd olunur:

Son aylar özünəməxsus hüquqi və siyasi mövqeyi ilə digər ölkələrdən fərqlənən İslam Respublikasında “birinci xanım”ın rolu mübahisəli məsələyə çevrilib.

Əkbər Haşimi Rəfsəncani, Məhəmməd Xatəmi və Mahmud Əhmədinejad kimi əvvəlki prezidentlikləri dövründə prezidentlərin həyat yoldaşları vaxtaşırı xarici həmkarlarını qonaq çağırır, lakin “birinci xanım” titulundan istifadə etmirdilər.

Cəmilə Ələm əl-Hoda ərinin 2021-ci ildə prezidentliyə başlamasından bəri üç keçmiş İran prezidentinin həyat yoldaşlarından daha fəal olmağa çalışıb.

Son günlər İran mətbuatda onun barəsində "birinci xanım" kimi bəhs edilir.

Lakin prezidentin xanımı tərəfindən Tehranda keçirilən Beynəlxalq Nüfuzlu Qadınlar Konqresindən sonra xarici işlər naziri Hüseyn Əmir-Abdallahian bildirib ki, qonaqları onu İranın “birinci xanımı” adlandırmayıb.

"İranda birinci xanım, sürgün, işgəncə və həbsin çətin anlarında Ali rəhbərin yanında olmuş şəxsdir və o, bizim modelimizdir", - deyə Cəmilə Ələm əl-Hoda bu yaxınlarda Əli Xamneyinin həyat yoldaşı Mənsurə Xojəste Bağerzadəyə istinad edərək deyib.

Lakin reallıq budur ki, Xamneyinin həyat yoldaşı cəmiyyətdə heç bir nəzərə çarpan rol oynamayıb və o, Xamneyinin İslam Respublikasında 34 illik hakimiyyəti dövründə ictimaiyyət qarşısına çıxmayıb.

İran İslam Respublikasında digər hökumət sistemlərindən fərqli olaraq, ölkənin ali rəhbərinin həyat yoldaşı “birinci xanım” kimi səciyyələndirilmir.

Sistem “respublika” adlandırılsa da, prezident onun iyerarxiyasında Ali rəhbərdən sonra ikinci dərəcəli məmurdur.

Xamneyinin siyasi mövqeyi bütün hökumət sistemləri arasında misilsizdir, tayı-bərabəri yoxdur. Qeyri-məhdud səlahiyyətə malik olmasına baxmayaraq, Ali rəhbər İranda ali icra hakimiyyəti orqanı hesab edilmir.

Konstitusiyaya görə, prezident əsas icraedici rola malikdir və xalq qarşısında cavabdehdir, məsuliyyətlidir.

Prezident xaricə səfərlər edir, Xamneyi isə rəhbərliyi dövründə İranı tərk etməyib, çünki onun dünyada həmkarı yoxdur.

Xamneyinin əlində toplanan qeyri-məhdud səlahiyyətlər Cəmilə Ələm əl-Hodanın özünü “birinci xanım” adlandırmaqdan niyə çəkindiyini izah edir.

Eyni zamanda, Konstitusiyaya görə, qeyri-icraçı məmur olan İslam Respublikası liderinin siyasi mövqeyi onun həyat yoldaşının “birinci xanım” rolunu daşımayacağı gözləntisini daşıyır.

Həmçinin, İslam İnqilabının ilk günlərindən Xamneyi xanımının “birinci xanım” tituluna layiq görüləcək ictimai fəaliyyətlərlə məşğul olmasına icazə verməyib.

E. KAMAL





Bölməyə aid digər xəbərlər