12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Yas mərasimində bədbəxt hadisə: evin döşəməsi çöküb, ölən və çoxsaylı yaralı var - Yenilənib
Tarix: 23-11-2023 15:27 | Bölmə: Slayd
Yas mərasimində bədbəxt hadisə: evin döşəməsi çöküb, ölən və çoxsaylı yaralı var

Bərdə rayonunda yas mərasimi zamanı bədbəxt hadisə baş verib.

Reyting.az
bildirir ki, rayonun Yeni Daşkənd kəndində yas mərasiminə gələn qonaqlar evin ikinci mərtəbəsindəki otaqlardan birində toplaşıblar. Bu zaman ağırlığa dözməyən döşəmə çöküb. Nəticədə xeyli insan yaralanıb.

Hazırda yaralıların Təcili Tibbi Yardım avtomobilləri ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına daşınması həyata keçirilir.

İlkin məlumata görə, hadisə zamanı 10-a yaxın şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan ikisinin vəziyyəti ağırdır.(Report)

***

Bərdədə yas mərasimi zamanı evin döşəməsinin çökməsi nəticəsində 13 nəfərin xəsarət aldığı bildirilir.


Onlar Bərdə Rayon Xəstəxanasına yerləşdiriliblər. APA-nın məlumatına görə, xəsarət alanlardan biri xəstəxanada dünyasını dəişib.

Qeyd olunur ki, yas mərasimi keçirilən ev köhnə tikilidir və evin döşəməsi ağırlığa tab gətirməyib.

***

Bərdə rayonunun Yeni Daşkənd kəndində baş verən hadisə ilə əlaqədar Rayon Mərkəzi Xəstəxanasına 23 nəfər yerləşdirilib.

Reyting.az
 xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, Sarıtel Məmmədovada xəstəxanayaqədər ölüm halı qeydə alınıb. Digər şəxslərin ümumi müayinələri davam etdirilir.

***

Bərdə rayonunun Yeni Daşkənd kəndində baş verən hadisə ilə əlaqədar olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına 27 nəfər yerləşdirilib.

Reyting.az 
xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilir ki, xəstəxanayaqədər 1 nəfərdə ölüm halı qeydə alınıb:

"Müxtəlif növ bədən xəsarətləri və digər şikayətlərlə tibb müəssisəsinin müvafiq şöbələrinə yerləşdirilən şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş hesab olunan 2 nəfər ambulator müalicə üçün evə buraxılıb. Digər şəxslərin müalicələri davam etdirilir. 1 nəfərin vəziyyəti ağır, 2 nəfərin vəziyyəti orta ağır, 21 nəfərin vəziyyəti isə stabil qiymətləndirilir".





Reyting.az




Bölməyə aid digər xəbərlər