12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Viktor Orban Azərbaycana gəlib - (Yenilənib)
Tarix: 23-11-2023 18:12 | Bölmə: Slayd
Viktor Orban Azərbaycana gəlib - (Yenilənib)

Macarıstanın baş naziri Viktor Orban Azərbaycana səfərə yola düşüb.

Reyting.az
xəbər verir ki, bu barədə baş nazirin ofisindən bildiriblər.

Məlumata görə, V. Orban İsveçrəyə səfərindən sonra Azərbaycan prezidentinin dəvəti ilə noyabrın 25-də BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının (SPECA) konfransında iştirak etmək üçün Bakıya səfərə yola düşüb.

Konfransdan əvvəl baş nazirin Azərbaycan prezidenti ilə ikitərəfli danışıqlar aparacağı gözlənilir.

***

Macarıstanın baş naziri Viktor Orban noyabrın 23-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

Reyting.az
xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı və ali qonağın şərəfinə fəxri qarovul dəstəsinin düzüldüyü Heydər Əliyev Beynəlxalq Aeroportunda Viktor Orbanı Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.




Bölməyə aid digər xəbərlər