12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Rusiya qoşunları hücumu gücləndirir
Tarix: 10-12-2023 10:42 | Bölmə: Slayd
Rusiya qoşunları hücumu gücləndirir

Rusiya qoşunları çətin hava şəraitində hücumu gücləndirərək, Rusiya Federasiyasında keçiriləcək prezident seçkiləri öncəsi təşəbbüsü ələ keçirməyə çalışır, Ukrayna Silahlı Qüvvələri isə mövqelərini möhkəmləndirir.

Reyting.az
xəbər verir ki, bu barədə Müharibə Araşdırmaları İnstitutunun (ISW) analitikləri bildiriblər.

Analitiklərin fikrincə, Rusiya qüvvələri 2024-cü ilin martına planlaşdırılan Rusiya Federasiyasında prezident seçkiləri öncəsi təşəbbüsü ələ keçirmək və saxlamaq cəhdi ilə ən pis hava şəraitində cəbhənin bir çox sektorlarında hücum əməliyyatlarına başlaya bilər.

İcmalda xatırlanır ki, rus qoşunları cəbhə xəttinin böyük hissəsi boyunca hücum əməliyyatlarını davam etdirir: Xarkov və Luqansk vilayətlərinin sərhədi boyunca, Baxmut yaxınlığında və Avdievka istiqamətində, həmçinin Zaporojyenin qərbində davamlı quru hücumları həyata keçirir.

Bütün cəbhə xətti boyunca döyüşlərin tempi ISW-nin Rusiya qüvvələrinin ən azı noyabrın ortalarından bəri döyüş meydanında təşəbbüsü bərpa etməyə çalışdığına dair qiymətləndirmələrinə tam uyğundur.

Təhlilçilər qeyd ediblər ki, rus qoşunlarının noyabrın əvvəlindən ortalarına kimi şaxtanın başlamasını gözləmədən təşəbbüsü ələ keçirməyə və hücum əməliyyatları keçirməyə cəhd etmələri onların təzyiq altında olduğunu göstərir.

Mütəxəssislər qeyd ediblər ki, Rusiyanın hazırkı səylərinin yaxın gələcəkdə əməliyyat baxımından əhəmiyyətli uğurlar əldə etmələrinə şərait yaradıb-yaratmayacağını söyləmək çətindir.

Eyni zamanda, analitiklərin fikrincə, Rusiya qoşunları daha böyük qış əməliyyatlarına hazırlıq üçün istifadə olunmamış ehtiyatları toplamır.

E. KAMAL




Bölməyə aid digər xəbərlər