12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Dünya qaranlığa qərq ola bilər
Tarix: 12-12-2023 11:49 | Bölmə: Slayd
Dünya qaranlığa qərq ola bilər

2020-ci ildən dünyada qlobal fəlakətlər artır. Pandemiya, meşə yanğınları, müxtəlif ölkələrdəki sellər, güclü zəlzələlər və müharibələrin dünyada narahatlıqları artırdığı bir vaxtda, tədqiqatçılar yeni ildə dünyanın qaranlığa qərq ola biləcəyinə işarə edirlər.

Reyting.az
-ın xəbərinə görə, hər 100 ildən bir baş verən təbii hadisə - Günəş tufanı bütün dünyada elektrik enerjisinin kəsilməsi ilə nəticələnəcək qədər güclü ola bilər.

Texnologiyanın zirvədə olduğu müasir dövrdə gözlənilən elektrik kəsilməsinin müxtəlif çətinliklər yaratması mümkündür.

Günəş tufanının 2025-ci ildə baş verəcəyinə dair bəyanatlar indi 2024-cü illə əvəz edilir. Yaxın gələcəkdə dünyada başvermə ehtimalı olan bu vəziyyət bəzi ölkələrin akkumulyator, şarj cihazı və şam materialı kimi ehtiyat tədbirləri görməsinə səbəb olub.

Qeyd edək ki, yeni fəlakətlərin treylerinə çevrilən “Simpsonlar” filminin yeni il səhnəsi gərginliyi daha da artırıb. Günəş tufanının böyük bir elektrik kəsilməsinə səbəb ola biləcəyinə işarə edilən “Simpsonlar” animasiya serialından aydın olur ki, fəlakətdən sonra hazırki həyat ibtidai həyatla əvəz olunur.

Böyük Britaniya baş nazirinin müavini Oliver Douden ölkə ictimaiyyətinə xəbərdarlıq edib ki, fəlakət rəqəmsal cihazları sıradan çıxararsa, şam və akkumulyatorla işləyən radiolardan istifadə etsinlər.

İngilis mətbuatı yazır ki, İngiltərədə vətəndaşların və müəssisə sahiblərinin gələcək epidemiyalara, təbii fəlakətlərə və kiberhücumlara hazırlaşmalarına kömək məqsədilə milli “müqavimət akademiyası” fəaliyyətə başlayıb.

Günəşin alovu və ya Günəş alovu - Günəşin qaz sferasında (atmosferində) baş verən şiddətli partlayışların adıdır. Bu partlayışların gücü milyardlarla meqatondur və 1.000.000 km/saat sürətlə hərəkət edir. Bu partlayış ağlagəlməz enerji buraxa bilir. Günəşin alışması səbəbindən normadan daha kiçik dalğa uzunluğuna malik radiasiya hissəcikləri Yer atmosferinə daxil olur. Bu püskürmələr rabitə və elektrik şəbəkələrinə mənfi təsir göstərə bilir. Günəş alovları Günəş atmosferinin bütün təbəqələrinə (fotosfer, tac və xromosfer) təsir edərək, plazmanı on milyonlarla kelvinə qədər artırır və elektronları, protonları və daha ağır ionları demək olar ki, işıq sürəti ilə kosmosa tullayır. Onlar, həmçinin bütün elektromaqnit spektrini əhatə edən radiasiya istehsal edirlər.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər