12:36 / 14-06-2025
Sabah yağış yağacaq
ABŞ Rusiyaya görə digər ölkələrin şirkətlərinə sanksiya tətbiq edib - Siyahı
Tarix: 12-12-2023 23:54 | Bölmə: Slayd
ABŞ Rusiyaya görə digər ölkələrin şirkətlərinə sanksiya tətbiq edib

ABŞ Rusiya Federasiyası üçün sanksiyaları genişləndirərək onlarla fiziki və hüquqi şəxsi siyahıya əlavə edib.

Reyting.az
xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyindən bildiriblər.

Sankisiya siyahısına Rusiya, Qırğızıstan, Çin, BƏƏ, Sinqapur, Tacikistan, Türkiyə, İsveçrə, həmçinin Kipr, Maldiv adaları və Cersi adasında yerləşən şirkətlər də daxil olmaqla 240-a yaxın struktur daxildir.

Sanksiyalar siyahısına aşağıdakılar daxil edilib:

Rusiyanın ən böyük 40 bankı arasında yer alan “Expobank”;

Qızıl mədən şirkəti “Highland Gold” və onun sahibi Vladislav Sviblov;

Bank olmayan kredit təşkilatı "Metallurq";

Rusiya bayrağı altında üç quru yük gəmisi "Arkadi Çernışev", "Kapitan Yakuboviç", "Maria" və əlaqəli gəmi sahibi olan “IBEX Shipping” şirkəti;

Qızıl mədən şirkəti "Vsoçayşiy";

"Çukçi Mədən və Geoloji Şirkəti" və "Kamçatka Qızıl" şirkəti;

Lipetsk avtomobil istehsalçısı “Motorinvest”;

"Qazprom Linde Engineering" və "Severnıe texnoloqii" şirkətləri;

"Kazankompressormaş".

Siyahıya həmçinin Rusiya Federasiyası vətəndaşları İqor Afanasyev, Boris Bernikov, Ruslan Bulatov, Aleksandr Çerkovski, Sergey Dokuçayev, Vladimir Quqnin, Zarax İliyev, Andrey Kazazayev, Dariya Xorkina, Roman Kotekin, Vladimir Krılov, Aleksandr Pan, Aleksandr Potapov, Vladislav Sviblov, İvan Tavrin, Dmitri Veleslavov və Andrey Zelvski daxil edilib. Bundan başqa, iki Pakistan, bir Çin, bir Koreya Respublikası və bir Türkiyə vətəndaşının da adı sanksiya siyahısına salınıb.

Sanksiya siyahısında olmaq ABŞ-dakı aktivlərin dondurulması və Amerika vətəndaşlarının və ya şirkətlərinin bu işdə iştirak edənlərlə iş aparmasının qadağan edilməsi deməkdir.

Amerika Maliyyə Nazirliyinin məlumatına görə, məhdudiyyətlər Rusiya hərbi-sənaye kompleksini dəstəkləyən, Rusiya Federasiyasına “sanksiyalardan yan keçməyə” kömək edən, həmçinin “gələcək enerji təchizatı və ixrac potensialını artırmağa” kömək edən strukturlara yönəlib.

Nazirliyin bəyanatın qeyd olunur ki, sanksiyalar “üçüncü ölkələrdəki təchizatçılara və satınalma şəbəkələrinə” də şamil ediləcək.

Y. QACAR




Bölməyə aid digər xəbərlər