12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Ermənistan ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır
Tarix: 13-12-2023 14:30 | Bölmə: Slayd
Ermənistan ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır

Ermənistan ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır.

Reyting.az
xəbər verir ki, bunu dekabrın 13-də Ermənistan Milli Assambleyasında ilin sonuncu ənənəvi brifinqində hakim “Mülki Müqavilə” partiyasının deputatı, parlamentin Xarici Əlaqələr üzrə daimi komissiyasının rəhbəri Sarkis Xandanyan deyib.

Onun sözlərinə görə, Ermənistanın əvvəllər toxunduğu və qaldırdığı və razılıq əldə etdiyi bütün fundamental məsələlər təsdiqlənsə və sülh müqaviləsində öz yerini tapsa, o zaman sülh müqaviləsini imzalamaq, sadəcə, texniki xarakter daşıyacaq.



Xandanyan əlavə edib ki, əgər İrəvanın sonuncu dəfə göndərdiyi sülh müqaviləsi təklifləri Bakını qane edərsə, o zaman onun bu ilin sonunda imzalanması mümkündür.

Deputatın fikrincə, hər şey müəyyən şərtlərin vəziyyətə necə təsir edəcəyindən asılıdır. O, bu səbəbdən də hələlik gözləməyi məsləhət görür.

E. KAMAL




Bölməyə aid digər xəbərlər