12:36 / 14-06-2025
Sabah yağış yağacaq
ABŞ kəşfiyyatı Rusiyanın Ukraynadakı itkilərini açıqlayıb - Siyahı
Tarix: 13-12-2023 23:01 | Bölmə: Slayd
ABŞ kəşfiyyatı Rusiyanın Ukraynadakı itkilərini açıqlayıb

Rusiyanın Ukraynaya qarşı müharibədə 315 min hərbçisi həlak olub və yaralanıb. Bu, Rusiya Müdafiə Nazirliyinin 2022-ci ilin fevralında Ukraynanın işğalı üçün topladığı hərbi personalın təxminən 87 faizidir.

Reyting.az
xəbər verir ki, bunu “Reuters” agentliyi Amerika kəşfiyyatının məxfilikdən çıxarılan hesabatına istinadla yazıb.

ABŞ kəşfiyyatının məlumatında qeyd olunur ki, itkilərin miqyası Rusiyanı döyüş qabiliyyətini qorumaq üçün fövqəladə tədbirlər görmək məcburiyyətində qoyub: “Rusiya 2022-ci ilin sonunda 300 000 nəfərin qismən səfərbər olunduğunu, məhkumların və yaşlı mülki şəxslərin işə götürülməsinə icazə verən standartları yumşaltdığını elan edib”.

Hesabatda bildirilir ki, Moskvanın şəxsi heyət və zirehli texnika itkiləri Rusiyanın hərbi sahədə modernləşdirilməsini 18 il geri salıb.

ABŞ kəşfiyyatının məlumatlarına görə, Rusiya Müdafiə Nazirliyi 360 min əsgəri ilə Ukraynaya hücuma başlayıb. Həmçinin Rusiya ordusunun 3,5 min tankı olub ki, onlardan 2,2 mini döyüş meydanında itirilib. Bundan başqa, Rusiya 13,6 min piyada döyüş maşını və zirehli transportyorunun 4,4 minini itirib ki, bu da 32 faiz itki deməkdir.

Qeyd olunur ki, Rusiya böyük miqyasda canlı qüvvə və zirehli texnika itirməkdə davam edir. Bir gün əvvəl ABŞ Milli Təhlükəsizlik Şurası kəşfiyyat məlumatlarına istinadla bildirmişdi ki, Rusiya ordusu 2023-cü ilin oktyabr-noyabr aylarında Donetsk vilayətinin Avdeevka - Novopavlovka istiqamətində aktiv hücum nəticəsində 13 min hərbçini itirib və yaralanıb. Bundan əlavə, Ukrayna ordusu bu ərazidə Rusiyanın 220-dən çox zirehli texnikasını məhv edib.

Bu arada, Rusiyanın Ukraynada təsdiqlənmiş itkiləri dekabrın əvvəlinə 38 min nəfəri keçib.

Bildirilir ki, səfərbərlik elan etmədən cəbhədə işçi qüvvəsini artırmaq üçün Rusiya hakimiyyəti müqaviləli əsgərləri cəlb edir. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev iddia edib ki, 2023-cü il yanvarın 1-dən dekabrın 1-dək 452 mindən çox insan müqavilə əsasında hərbi xidmətə qəbul edilib və ilin sonuna onların sayı 500 minə çatacaq.

Bundan əlavə, Rusiya hakimiyyəti prezident Vladimir Putinin elan etdiyi səfərbərlik çərçivəsində 2022-ci ilin payızında çağırılan 300 min nəfəri rotasiya və tərxis etmək istəmir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər