12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Mirzoyan ilə Bayramov Vaşinqtonda görüşəcəklər
Tarix: 13-12-2023 23:38 | Bölmə: Slayd
Mirzoyan ilə Bayramov Vaşinqtonda görüşəcəklər

Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov 2024-cü ilin yanvar ayında Vaşinqtonda görüşəcəklər.

Reyting.az
xəbər verir ki, bu barədə Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan ölkəsinin İctimai Televiziya kanalında bildirib.

Onun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi hələ imzalanmağa hazır deyil, çünki yekun layihə yoxdur, lakin xarici işlər nazirlərinin yanvar ayında gözlənilən görüşündə müqavilənin mətninin razılaşdırılmasına ümid var.

Marukyan Ermənistanın 32 hərbçisinin əsirlikdən qayıtmasını Ermənistanla Azərbaycan arasında etimad mühitinin möhkəmləndirilməsi istiqamətində müsbət addım kimi qiymətləndirib və ümid edir ki, belə addımlarla sülh razılaşması əldə oluna bilər.


Edmon Marukyan

Marukyan həmçinin əlavə edib ki, 9 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda qeyd olunan bütün şərtlər artıq etibarlı deyil:

“Səhv təəssürat yaranıb ki, danışıqlar ABŞ-da, Brüsseldə və ya Moskvada gedirsə, deməli, onlar qarantdır, lakin bu, belə deyil. Zəmanət mexanizmi sənədləşdirilməli, tərəflər arasında mübahisə yaranarsa, orada bütün şərtlər göstərilməlidir”.

Xatırladaq ki, bundan əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ Dövlət Departamentinin Qafqaz üzrə müşaviri Lui Bono ilə görüşündə nazirlərin Vaşinqtonda görüşünə razılıq verib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər