12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Ruslar Kiyevə güclü hücuma hazırlaşır
Tarix: 14-12-2023 10:03 | Bölmə: Slayd
Ruslar Kiyevə güclü hücuma hazırlaşır

Rusiya ordusu dekabrın 13-də Kiyevə gecə hücumu zamanı “S-400” sistemlərindən 48N6 raketləri atıb. Ukrayna müdafiə qüvvələri atılan raketlərin vurulduğunu bildirir.

Reyting.az
-ın məlumatına görə, hərbi ekspert, “Defence Express”in baş redaktoru Oleq Katkov deyib ki, gecə hücumu zamanı ruslar Kiyevə 10 ballistik raket atıb və bu da paytaxta kütləvi hücumlar zamanı bir növ “rekord” olub.

“Bu gecə Rusiya şəhərə ən çox ballistik raket buraxdı. Bu, həm də Ukraynanın raketdən müdafiə sisteminin effektivliyi, ukraynalı müdafiəçilərin böyük peşəkarlığı və məharəti baxımından rekorddur. Çünki eyni vaxtda 10 ballistik raketi vurmaq üçün saniyələr tələb olunur və bu böyük bir sınaqdır”, - Katkov vurğulayıb.

Bu raketlərdə radiokomandanın idarəedici sistemi var - düşmən radar stansiyasından istifadə edərək onları istiqamətləndirir və uçuş yolunu göstərir. Bununla belə, artıq 1 - 1,5 km hündürlükdə 250 km məsafəyə buraxıldıqda raketin idarəetməsi itirilir.

“Artıq nə qədər irəli aparılsa, raket radarla əlaqəni bir o qədər tez itirəcək. Bundan sonra o, sadəcə olaraq harasa düşür. Ona görə də “S-400” zenit-raket komplekslərinin hədəfləri fərdi obyektlər deyil, şəhərdir və bu cür hücumlar sırf terrorla bağlıdır”, - ekspert izah edib.

Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Petr Çernik isə bildirib ki, noyabrın sonunda dronların eyni vaxtda istifadəsinin rekord sayda olduğunu nəzərə alsaq, Kiyevə hücumlar üçün ballistikadan kütləvi şəkildə istifadə edilməsi, rusların genişmiqyaslı hərbi əməliyyatlar hazırlaması deməkdir. Onun sözlərinə görə, ruslar hazırda Kiyevi qoruyan Ukrayna hava hücumundan müdafiə vasitələrinin imkanlarını sınaqdan keçirir: “Məncə, onlar müxtəlif raket texnologiyalarından, kamikadzelərdən, ballistikadan və qanadlı raketlərdən istifadə edərək daha miqyaslı, hərtərəfli zərbə hazırlayırlar”.

E. KAMAL




Bölməyə aid digər xəbərlər