12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Putin prezident seçkilərinə qədər Ukraynanın daha iki şəhərini ələ keçirməyi tələb edir
Tarix: 14-12-2023 17:36 | Bölmə: Slayd
Putin prezident seçkilərinə qədər Ukraynanın daha iki şəhərini ələ keçirməyi tələb edir

Prezident Vladimir Putin Rusiya Federasiyasında keçiriləcək prezident seçkilərinə qədər Ukraynanın daha iki şəhərinin ələ keçirilməsini istəyir. O, Rusiya hərbi rəhbərliyindən bunu təkidlə tələb edir.

Reyting.az
xəbər verir ki, belə bir iddia ilə hərbi müşahidəçi Denis Popoviç çıxış edib.

Onun sözlərinə görə, qeyri-rəsmi məlumatlar deməyə əsas verir ki, indi Rusiya hərbi rəhbərliyinə seçkilərə qədər Kupyansk və Avdevkanı ələ keçirmək tapşırılıb.

“Müxtəlif müddətlər deyilir. Putinin çoxlu yaddaqalan və əlamətdar tarixləri var. Bu tarixlərə görə Ukrayna ərazisinin bir hissəsini ələ keçirmək üçün bəzi tapşırıqları yerinə yetirmək lazımdır. Əvvəllər söhbət əsasən Donetsk vilayətindən gedirdi”,- deyə D. Popoviç əlavə edib.

Qeyd edək ki, Rusiya ordusu bu ilin payızında Avdevkanı ələ keçirmək istiqamətində daha çox fəallıq etməyə başlayıb və çox ciddi itkilər verib. 2022-ci ildə ruslar Kupyanskini tutsalar da, Ukrayna əsgərləri sonradan onları şəhərdən çıxarmağı bacarıb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər