12:36 / 14-06-2025
Sabah yağış yağacaq
ABŞ Türkiyənin Bakı və İrəvanla bağlı mövqeyini alqışlayır
Tarix: 15-12-2023 09:56 | Bölmə: Slayd
ABŞ Türkiyənin Bakı və İrəvanla bağlı mövqeyini alqışlayır

Birləşmiş Ştatlar Türkiyənin Azərbaycan və Ermənistan arasındakı münaqişənin həllində səmərəli rolunu alqışlayır.

Reyting.az
xarici KİV-lərə istinadla xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller Türkiyənin xarici işlər naziri Hakan Fidanın açıqlamalarını şərh edərkən deyib.

Millerin sözlərinə görə, Vaşinqton da Ankara kimi Bakı ilə İrəvan arasında sülhün bərqərar olması üçün birbaşa danışıqları dəstəkləyir.


Metyu Miller

ABŞ dövlət katibi Antoni Blinkenlə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında aparılan son danışıqlara gəlincə, amerikalı diplomat deyib ki, bu mövzu müzakirə olunub. Miller əlavə edib ki, bu məsələyə mütəmadi olaraq xarici işlər orqanlarının rəhbərləri tərəfindən baxılır. Lakin o, müzakirənin təfərrüatlarını açıqlamayıb.

Xatırladaq ki, dekabrın 14-də Bakıda keçirilən mətbuat konfransında Türkiyənin xarici işlər naziri H. Fidan bildirib ki, Ankara Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması səylərini dəstəkləyir. Onun sözlərinə görə, Bakı ilə İrəvan arasında münasibətlər normallaşarsa, o zaman Türkiyə Ermənistanla münasibətləri normallaşdıracaq.

Y. QACAR




Bölməyə aid digər xəbərlər