12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Zahid Oruc prezidentliyə namizəd olacaq
Tarix: 16-12-2023 10:56 | Bölmə: Slayd
Zahid Oruc prezidentliyə namizəd olacaq

Milli Məclisin komitə sədri, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc prezident seçkilərində namizəd olacağını açıqlayıb.

Reyting.az
"Report"a istinadla xəbər verir ki, Z. Oruc yaxın günlərdə sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim edəcəyini deyib.

Deputat qeyd edib ki, Vətən müharibəsindən sonra keçirilən ilk seçkilərdə iştirak hər bir vətənsevər azərbaycanlının müqəddəs amalı, son 300 illik tariximizin dönüş anı, mühüm dövlətçilik imtahanı və beynəlxalq siyasi hadisədir: "Biz təkcə birinci şəxsi seçmirik, həm də qalib Azərbaycanın yeni yüz ilinə - Zəfər əsrinə səs veririk! Biz elə etməliyik ki, 7 fevral şanlı ordumuzun Xankəndi yürüşünün davamı, azad torpaqlara qayıdan millətimizin paradı olsun. Ona görə də namizədliyimi öz təşəbbüsümlə irəli sürərək qalib azərbaycanlıların “Ədalətin zəfər çaldığı Azərbaycan” arzularına söykənir, seçkiləri yeni ideya və baxışlarımıızın qələbə tribunasından təqdim edilməsi imkanı kimi dəyərləndiririk".

Z. Oruc vurğulayıb ki, onun mənsub olduğu nəsil çətin sınaqlardan keçib: “İndi hər bir qalib azərbaycanlının həyatında sülh və əmin-amanlıq, bərpa və quruculuq, inkişaf və rifah, birgəyaşayış və milli qürur dövrü başlanır. Bütün iddiaçı qüvvələrin seçkilərdə iştirakı daxildə siyasi barışı gücləndirəcək, 90-cı illər işğalının səbəb və nəticəsi olan mübarizə ənənələrinin Qarabağ münaqişəsi kimi tarixdə qalmasına, Zəfər platforması üzərində yeni siyasi sistemin inşasına təkan verəcək".

Qeyd edək ki, 7 fevral 2024-cü ildə Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Artıq Yeni Azərbaycan Partiyasının İdarə Heyəti İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb.




Bölməyə aid digər xəbərlər