12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Daha bir partiya prezidentliyə namizəd irəli sürüb - Foto
Tarix: 17-12-2023 11:37 | Bölmə: Slayd
Daha bir partiya prezidentliyə namizəd irəli sürüb

Böyük Azərbaycan Partiyası (BAP) 7 fevral 2024-cü ildə ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkilərində Elşad Musayevin namizədliyini irəli sürüb.

Bu barədə Reyting.az-a BAP-ın mətbuat mərkəzindən bildiriblər.

BAP-ın Siyasi Şurasının qərarında deyilir:

1. Növbədənkənar prezident seçkilərində BAP öz namizədi ilə iştirak etsin.

2. BAP sədri Elşad Musayevin prezidentliyə namizədliyi irəli sürülsün.


Elşad Musayev

3. BAP-ın Seçki Qərərgahı yaradılsın.

4. İlham Bəkirli BAP Seçki Qərərgahının sədri, Vüqar Qasımov və Ramiz Mahmudov sədr müavinləri təyin edilsinlər.

5. Vüqar Qasımov və Fikrət Cəfərov BAP-ın səlahiyyətli nümayəndələri təyin edilsinlər.

6. Azad Məmmədov BAP-ın maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi təyin edilsin.




Bölməyə aid digər xəbərlər