12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Ukrayna “B” planına keçə bilər
Tarix: 18-12-2023 10:36 | Bölmə: Slayd
Ukrayna “B” planına keçə bilər

Ukraynaya maliyyə yardımı dayandırılsa, Kiyev “B” planına əl atacaq.

Reyting.az
xəbər verir ki, bunu Ukrayna prezidentinin müşaviri Oleq Ustenko deyib.

Ustenko izah edib ki, yanvarın ilk günlərində dəstək olmasa, Ukrayna “B” planına keçməlidir: “B” planı çox səviyyəli ola bilər, amma inanıram ki, ilk mərhələdə bu, daxili plana müraciət üçün kifayət edəcək”.

Onun sözlərinə görə, gələn il dövlət büdcəsinin kəsiri şərti olaraq 40 milyard dollara çatacaq. Ona görə də müttəfiqlərdən sistematik yardım tranşları Ukrayna üçün çox vacibdir.

Ustenkonun proqnozlarına görə, Ukrayna Rusiyanın dondurulmuş aktivlərindən birinci tranşda 10 milyon dollar ala bilər. Bu vəsait dərhal dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsinə yönəldiləcək. O qeyd edib ki, ilk mərhələdə “borc kapitalı üçün daxili bazara üz tutmaq” kifayət edəcək.

Ukrayna prezidentinin müşaviri dekabrın 25-dək Avropa İttifaqından maliyyə yardımı göstəriləcəyinə ümid bəsləyir.

Ukrayna Xarici İşlər Nazirliyi isə əmindir ki, yanvar ayında Avropa İttifaqından 50 milyard avro maliyyə yardımını təsdiqləmək üçün Macarıstana təzyiq göstərmək mümkün olacaq. Nazirlik bu vəsaitlərin xüsusilə makroiqtisadi sabitliyin qorunmasına, dövlətin bərpasına və müasirləşdirilməsinə, eləcə də Avropa İttifaqına inteqrasiyanın sürətləndirilməsinə yönəldiləcəyini vurğulayıb.

Qeyd edək ki, Ukrayna daha əvvəl Dünya Bankından 400 milyon dollar alıb. Maliyyələşdirmə tibbi zəmanət proqramı çərçivəsində tibb işçilərinin pensiya ödənişləri və əməkhaqqı üzrə dövlət büdcəsinin xərclərinin qismən kompensasiyasına yönəldiləcək.

E. KAMAL




Bölməyə aid digər xəbərlər