12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Yeni müharibə təhlükəsi yaranır - Tomas de Vaal
Tarix: 19-12-2023 11:30 | Bölmə: Slayd
Yeni müharibə təhlükəsi yaranır

“Ermənistan-Azərbaycan sülh müqaviləsi məsələsində yeni bir şey görmürəm”.

Reyting.az
xəbər verir ki, bu barədə Karnegi Fondunun aparıcı tədqiqatçısı və Qarabağ münaqişəsi üzrə ekspert Tomas de Vaal “Güc Faktoru” verilişində danışıb.

Onun sözlərinə görə, Ermənistan-Azərbaycan münasibətləri bir il əvvəl olduğu kimidir.

Tomas de Vaal vurğulayıb ki, yeganə məsələ - əsir götürülmüş ermənilərin keçən həftə azad edilməsi ilə bağlı birgə bəyanat və Ermənistan tərəfinin Azərbaycanın COR-29-da sədrliyinə razılıq verməsidir: “Bu, vəziyyəti qismən stabilləşdirəcək”.

Ekspert əlavə edib ki, yaxın gələcəkdə Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanacağını gözləmir:

“Eyni zamanda, beynəlxalq təzyiqlərə baxmayaraq, yeni Ermənistan-Azərbaycan müharibəsi təhlükəsi həmişə mövcuddur. Bu qərar əslində bir nəfərdən - Əliyevdən asılıdır”.

Tomas de Vaal regional kommunikasiyaların açılmasını ən aktual məsələ adlandırıb.

“Bu elə bir haldır ki, kommunikasiyaların açılması hər kəs üçün faydalı görünür. Amma indi vəziyyət 2020-ci ilə nisbətən daha mürəkkəbdir və mən nəticə əldə etmək üçün lazımi konsensus görmürəm.

Ermənistanla sərhədin açılması Türkiyənin dövlət maraqlarına uyğun görünür. Qarsla Gümrü arasında və daha sonra Ermənistandan keçməklə Naxçıvana və Azərbaycanın əsas hissəsinə, oradan da Xəzər dənizinə dəmir yolu xəttinin bağlanması Türkiyənin dövlət maraqlarına uyğundur, amma görünür, Ərdoğanın şəxsi maraqları da var”.


Tomas de Vaal

Ekspertin sözlərinə görə, Gümrü və Sünikdən keçən dəmir yolunun təhlükəsizliyini kimin qoruyacağı da mühüm sualdır:

“Biz “qaranlıq hekayət”lə üzləşirik. Görünür, Ermənistan tərəfi artıq Rusiyanın varlığını istəmir, Azərbaycan isə əksinə, Rusiya təhlükəsizlik qüvvələrinin mövcudluğunda israrlıdır.

Sual budur: Moskva ilə Bakı arasında Rusiyanın Sünikdə yeni varlığı müqabilində Qarabağdakı mövcudluğunu itirməsi ilə bağlı sövdələşmə olubmu?

Hesab edirəm ki, hələ də nəticə əldə etmək mümkündür, lakin müvafiq konfiqurasiya lazımdır: Moskva-İran-Türkiyə-Qərbi Ermənistan-Azərbaycan. Ancaq mən burada da irəliləyiş görmürəm və irəliləyiş olmadıqda isə yeni müharibə variantı güclənir.

Eyni zamanda, mən düşünmürəm ki, Azərbaycan bütün Süniki ələ keçirməyə getsin”.

Y. QACAR





Bölməyə aid digər xəbərlər