12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Rusiya ordusu Moldova və Baltikyanı ölkələrə hücum edə bilər
Tarix: 20-12-2023 17:39 | Bölmə: Slayd
Rusiya ordusu Moldova və Baltikyanı ölkələrə hücum edə bilər

Ukraynadan sonra Kremlin növbəti hədəfi Moldova və Baltikyanı ölkələr ola bilər.

Reyting.az
xarici KİV-lərə istinadla xəbər verir ki, bunu Belçika ordusunun komandanı Mişel Hofman Rumuniyada olan belçikalı əsgərlərlə görüşü zamanı deyib.

Onun sözlərinə görə, Rusiya artıq nümayiş etdirib ki, qonşusuna hücum etmək istəyi var. “Rusiya prezidenti Vladimir Putinin dili həmişə birmənalı deyil. Çox güman ki, sonradan onların başqa ideyaları olacaq. Ya Moldovanın cənubunda, ya da Baltikyanı ölkələrdə...”, - deyə M. Hofman xəbərdarlıq edib.

Komandanın fikrincə, Avropa təcili hazırlaşmalı, özünü müdafiə edə biləcəyini və lazım gələrsə, əks-hücuma keçəcəyini açıq şəkildə bildirməlidir.

M. Hofman əlavə edib ki, Rusiya hərbi sənayeyə keçib: “Moskvanın qüvvələri hazırda Ukraynaya qarşı davam edən müharibədə zəifləmiş kimi görünsə belə, bu zəiflik “müvəqqətidir”. Əgər Rusiya müharibədə qalib gəlsə, sonda öz döyüş maşınını və silahlı qüvvələrini yenidən quracaq”.

Qeyd edək ki, Rusiya lideri Vladimir Putin NATO-ya hücum etmək niyyətində olmadıqlarını deyib. Bununla belə, NATO-ya “sürüklənən” Finlandiya “problemlərlə” hədələnib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər