16:47 / 15-06-2025
Hidayət Heydərov ilk görüşdə məğlub olub
13:19 / 15-06-2025
Sabah leysan yağacaq, güclü külək əsəcək
13:10 / 15-06-2025
Şıx çimərliyində iki nəfər boğulub - Video
12:59 / 15-06-2025
Prezident yeni səfirlərin etimadnamələrini qəbul edib - Fotolar
10:00 / 15-06-2025
Mehriban Əliyeva Mlli Qurtuluş Günü ilə bağlı fotolar paylaşıb
09:14 / 15-06-2025
Vəhdət Partiyasının sədri dəyişib - Fotolar
08:50 / 15-06-2025
İranın zərbəsindən sonra İsraildə tədqiqat mərkəzi yanıb
00:49 / 15-06-2025
İlham Əliyev Milli Qurtuluş Günü münasibətilə paylaşım edib - Foto
00:16 / 15-06-2025
İranda daha bir general həlak olub
00:07 / 15-06-2025
Bu gün Milli Qurtuluş Günüdür
20:24 / 14-06-2025
Ərdoğan İlham Əliyevə zəng edib
19:00 / 14-06-2025
AZAL uçuşların sayını artırır
18:57 / 14-06-2025
İlham Əliyev krala məktub göndərib
18:19 / 14-06-2025
İranın 20-dən çox komandanı zərərsizləşdririlib
18:07 / 14-06-2025
Lənkəranda yeniyetmə dənizdə boğulub
17:50 / 14-06-2025
Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni hakim ezam olunub
16:01 / 14-06-2025
Ceyhun Bayramov Hakan Fidanla telefonda danışıb
15:09 / 14-06-2025
Azərbaycan və İran XİN başçıları telefonda müzakirə aparıblar
14:29 / 14-06-2025
İranın 9 nüvə alimi öldürülüb - Siyahı
13:32 / 14-06-2025
Hikmət Hacıyev: "Azərbaycan Avropa İttifaqı və Çin arasında vacib birləşdirici tərəfdir"
12:36 / 14-06-2025
Sabah yağış yağacaq
11:49 / 14-06-2025
İranın Baş Qərargah rəisinin iki müavini həlak olub
08:51 / 14-06-2025
Əcnəbilər İrandan Azərbaycana keçərək təxliyə olunur - Fotolar
08:07 / 14-06-2025
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
07:38 / 14-06-2025
Bu gün orta məktəblərdə “Son zəng” çalınacaq
23:40 / 13-06-2025
Putin Pezeşkian və Netanyahu ilə telefon danışıqları aparıb
22:31 / 13-06-2025
İran İsrailə raket hücumuna başlayıb
21:20 / 13-06-2025
Şəmkirdə iki nəfər kanalda batıb
19:03 / 13-06-2025
Müğənninin itkin düşən qardaşı oğlu tapılıb
13:40 / 11-06-2025

18:45 / 10-06-2025

08:07 / 14-06-2025

14:57 / 12-06-2025

07:27 / 12-06-2025

07:17 / 12-06-2025

07:23 / 13-06-2025

21:06 / 11-06-2025

17:06 / 13-06-2025

22:53 / 11-06-2025

21:38 / 12-06-2025

15:00 / 11-06-2025

Şəkinin 37-ci şairi - Süleyman Rüstəmin xatirələri
Tarix: 22-12-2023 11:39 | Bölmə: Slayd

Süleyman Rüstəmin həyat və yaradıcılığına ziddiyyətli baxış mövcuddur. Onun barəsində fərqli fikirlərə baxmayaraq, mərhum xalq şairi koloritli şəxsiyyət olub və onun yadigar qoyduğu şeirlərlə yanaşı, xatirələri zəmanədaşlarına dair geniş bilgi verir.
Reyting.az Süleyman Rüstəmin xatirələrindən bəzi epizodları təqdim edir:
“Rəşid bəy Əfəndiyevi bir maarifpərvər, bir pedaqoq, bir şair kimi biz uşaqlıq çağlarımızdan tanıyırdıq. Onun ağır illərdə xalqın balaları üçün yazdığı, tərtib etdiyi tədris məcmuələri, uşaq şeirləri, rus klassik şairlərindən etdiyi tərcümələr cəsarətlə demək olar ki, böyük fədakarlıqdır.
“Quşlar, quşlar, a quşlar,
Qaranquşlar, a quşlar”
- şeiri indi də bizim nəsildən olanların hafizəsindədir.
Rəşid bəyin öz dövrünün qabaqcıl, tərəqqipərvər, proqressiv, azadlıq uğrunda mübarizə aparan nümayəndələri ilə görüşləri, dostluğu öz xalqının vətənpərvər övladı olduğuna dəlalət edir.
Gözəl bilirik ki, çar dövründə məktəblərimizdə ana dilimizdə şeirlərə, mahnılara, çox böyük ehtiyac vardı. Bu ehtiyacı aradan qaldırıb azərbaycanlı balalarının köməyinə çatmaq istəyənlər sırasında Rəşid bəy Əfəndiyev də vardı.
Bəli, illər keçdi. Vətənimizdə sovet hakimiyyəti quruldu, xalq öz müqəddəratını əlinə aldı, çar dövründə millətin səadəti, mədəniyyəti haqqında düşünən, çarələr axtaran Rəşid bəy indiki bu qaynar həyatdan, bu coşqun hərəkatdan kənarda qala bilməzdi. O, Oktyabr inqilabının fütuhatını, qələbələrini ürəkdən alqışladı.
Rəşid bəy Əfəndiyev Şəkidə yaşayırdı. O, tez-tez gənc Qızıl Qələmlər İttifaqına məktublar yazırdı. Gənclərin müvəffəqiyyətlərinə ürəkdən, candan sevindiyini bildirirdi.
Yadimdadır, 1927-ci ildə Şəkiyə gənc Qızıl Qələmlər İttifaqının bölməsini təşkil etməyə getdim. Yevlaxdan kiçik, köhnə bir avtobusa minərək çala-çuxurlu yollarla gəlib Şəkiyə çatdım. Avtobus dayanacağında xeyli fayton dayanmışdı. Faytonçular iki görkəmdə idi. Bəziləri həddindən artıq şişman, bəziləri isə olduqca arıq idi.
Bir faytona minib mehmanxanaya doğru hərəkət etdik. Şəkinin təmiz havası, könül açan mənzərəsi yol yorğunluğumu apardı. Mehmanxanaya düşdüm. Bir saat keçməmişdi ki, Şəkinin həvəskar yazıçıları, şairləri yanıma gəldilər. Bu mənim gənc qələmlərlə ilk tanışlığım idi.
Axşamüstü pəncərədən şəhərin dağ hissəsini seyr edirdim. Birdən mehmanxananın qarşısında bir fayton dayandı. Faytondan əli əsalı, gözü eynəkli, dolğun, bığı, saqqalı qar kimi ağ bir adam düşdü. Mehmanxana qapısındakılar onunla hörmətlə salamlaşdılar. Dedim, görəsən, bu hörmətli adam kimdir. Birdən olduğum otağın qapısı astaca döyüldü. Tez qapını açdım, qarşımda faytondan düşən adamı gördüm.
- Salam, oğlum, xoş gəlmisən. Rəşid bəy Əfəndiyev!
Qulaqlarıma inanmadım. Bakıdan yola düşərkən mütləq bu adamla görüşməyi qərara almışdım. Artıq budur, o özü lapdan yanıma gəlmişdir. Onunla mehribancasına görüşdük.
- Oğlum, mən sənin dalınca gəlmişəm. Özünü görməsəm də, səni mətbuat vasitəsilə yaxşı tanıyıram. Amma yaxşı iş görməmisən. Şəkiyə gələsən, özü də mehmanxanaya düşəsən, tez ol, otaqda nəyin varsa götür gedək bizim evə.
Dedim: "Hörmətinizə görə təşəkkür edirəm. Lakin burda qalsam yaxşıdır. Çünki nəni cavanlardan və təşkilatlardan axtaranlar olacaq".
"Oğlum nə olar ki... Məgər cavanlar, təşkilatlar Rəşid bəyin evini tanımırlar. Getməsən, məni incitmiş olarsan".
Bunun üstündən artıq bir söz demək olmazdı. Faytona minib Rəşid bəygilə getdik. Rəşid bəyin ailəsi bizi ləziz xörəkləri ilə heyran etdilər. Mən Şəki şüyütplovunun, Şəki şirnilərinin adını, tərifini eşitmişdim, amma dadını bilmirdim. Mən bunları ilk dəfə Rəşid bəyin evində gördüm. Sanki dadı indi də ağzımdadır.
Rəşid bəyin sinəsi canlı, maraqlı, xatirələrlə dolu idi. Söhbətimiz gecə yarıya qədər çəkirdi. O məni vaxtilə çap olunmuş və olunmamış səhnə əsərləri ilə də tanış etdi.
Biz Şəkidə, Azərbaycan gənc Qızıl Qələmlər İttifaqının şöbəsini təşkil etdik. Yerli təşkilatların, gənc həvəskar yazıçıların arzusuyla Rəşid bəyi bu bölməyə sədr seçdik. Bu, Rəşid bəyi bir qədər cavanlaşdırdı.
Şəkidə olduğum müddətdə Xan sarayını gəzdim. Evlərə qonaq çağırıldım. Hər evdə yenə də məşhur Şəki plovu və şirniyyatı daddım. Bakıdan Şəkiyə yola düşərkən, bir şəkili qələm dostum mənə demişdi ki, "sənə bir kağız verim, dostlarım səninçün şüyütplov bişirtsinlər".
Mən ondan kağız almadan Şəkiyə gəlmişdim. Mənə kağız vermək istəyən dostum səhv edirmiş. Çünki mən plovu hər evdə kağızsız yedim. Ondan kağız almış olsaydım, bəlkə də Şəkidə yediyim plovları o öz kağızının hesabına yazardı.
Şəki ziyalılarının təşəbbüsü ilə Şəkidə bir ədəbi gecə təşkil edildi. Ədəbi gecəni Rəşid bəy idarə edirdi. Şəkinin gənc qüvvələri ilk dəfə idi ki, kütlə qarşısında çıxış edirdilər. Gənclər tribunaya qalxanda həyəcan keçirirdilər. Nədənsə iştirak etdiyim məclislər gülgüsüz, hadisəsiz olmur. Bəli, bu ədəbi gecə də bunsuz olmadı. Rəşid bəy çıxış edənlərin böyük siyahısını tutmuşdu. Onlara söz verdikdə siyahıya baxıb belə deyirdi: "Söz verilir Şəkinin birinci şairinə, söz verilir Şəkinin ikinci şairinə və i.a."
Çıxış edənlərə gecənin sonuna qədər bu şəkildə söz verildi. Salonda oturmuş bir nəfər tez-tez əl qaldırıb söz istəyirdi. Rəşid bəy isə bu adama əsla əhəmiyyət vermirdi. Bu əl qaldıran adam mənim nəzərimdən qaçmırdı.
Nəhayət, dedim: "Rəşid bəy, yaxşı deyil axı. Bəlkə əl qaldıran adamın bir sözü, bir təklifi var. Xahiş edirəm ona söz verin".
- Oğlum sən onu tanımırsan axı. Şuluq sala bilər.
- Niyə şuluq salır. Qorxmayın ona söz verin.
Nəhayət, Rəşid bəy elan etdi: "İndi isə söz verilir Şəkinin 37-ci şairinə".
Tribunaya orta yaşlı, üzü gülər bir adam qalxdı. Salonda bir gülüş oldu. Tribunadakı adam çox ciddiyyətlə şairanə görkəm alıb belə başladı:
Çəpərdə oturmuşdu sərçə,
Düşdü kəndirə oldu büryan...
Rəşid bəy ayağa qalxıb dedi: "Əbucabbar bəy, ayıbdır axı, sən nə özünə, nə bizə hörmət qoyursan. Bu nə cəfəngiyatdır ki, oxuyursan".
Rəşid bəyin dediyi Əbucabbar bəy aşağı düşərkən dedi: "Acığın niyə tutur Rəşid bəy, Şəkinin 37-ci şairi mənim kimi olar".
Mən sonra öyrəndim ki, bu Əbucabbar kişi Şəkinin ən zarafatcıl, hazırcavab adamlarındandır. Bakıda bir neçə məclisdə onunla görüşüb söhbətlərindən zövq aldım. Bu səfərdən başqa Rəşid bəylə digər vaxtlarda da Bakıda, təkrar Şəkidə bir neçə dəfə görüşmüşəm.
Şəkidə bölmə düzələndən sonra gənc şairlərin, yazıçıların şeirləri “Şəki fəhləsi" qəzetində və ayda bir dəfə qəzetə əlavə olaraq nəşr edilən ədəbi səhifələrdə şeirləri, hekayələri, oçerkləri dərc edilirdi. Bu səhifələrdə Rəşid bəyin məqalələrinə və şeirlərinə də yer verilirdi. Rəşid bəyin o illərdə Bakı mətbuatında da bir sıra şeirləri çap olunmuşdur. 1937-ci il "Maarif və mədəniyyət" məcmuəsində də maraqlı bir şerini dərc etdik. Həmin şeirdə bu sətirlər səslənirdi:
Əcəb nə keçdi o dövran əhli bizar idi.
Nə qəlbi şad, nə də ruhunda bir fərəh var idi.
Sirur, zövq nadir, bilməziydi, əğyar idi.
O əsr-lənətə layiq, zəmanəyi çar idi.
Tamam varlığım ilə həyam ağlar idi,
Bütün o dövrdəki xatiratım ağlar idi.
Həyatın bər cəhəti cəbridi, fəlakət idi,
Xəlayiqi bürüyən fəqridi, səfalət idi,
Çəkil, çəkil, geri dur, Şaki, hər şikayətdən,
Alıb qızıl qələmi sən də yaz həqiqətdən.
O vaxt Şəkidə şair Nikamın adına bir küçə vardı. Mən bir dəfə Rəşid bəylə o küçədən keçərkən dedi: "Kim bilir, bəlkə gündən-günə gözəlləşən, bu şəhərdə bir küçə də mənim adımı daşıyacaq".
Rəşid bəy belə bir adamdı.
V. QULİYEV
Bölməyə aid digər xəbərlər

Bu gün, 13:19
Sabah leysan yağacaq, güclü külək əsəcək
Dünən, 20:24
Ərdoğan İlham Əliyevə zəng edib
Dünən, 14:29
İranın 9 nüvə alimi öldürülüb - Siyahı
Dünən, 08:07
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
13-06-2025, 22:31
İran İsrailə raket hücumuna başlayıb
13-06-2025, 17:43
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
13-06-2025, 16:44
Keçmiş səfir: Çin və Rusiyanın İranın yanında duracağına inanmıram
13-06-2025, 11:24
Azərbaycan İran və İsraili dialoqa çağırır
13-06-2025, 10:40
143 milyon manatlıq mənimsəmə üzrə yenidən məhkəmə olub
13-06-2025, 09:57
İsrailin İrana zərbələri davam edəcək
13-06-2025, 09:27
Tramp İrana hücumdan əvvəlcədən məlumatlı olub
13-06-2025, 08:30
AZAL son hadisələrlə əlaqədar bəzi reysləri ləğv edib - Siyahı
13-06-2025, 07:23
İsrail İranı vurmağa başlayıb
12-06-2025, 17:51
Nə Bayden, nə də Tramp Rusiyanın çökməsini istəmir
12-06-2025, 17:09
Təqaüd və sosial müavinətlər artırılıb - Fərman
12-06-2025, 14:57
“Hörümçək toru” əməliyyatının son məqsədi nə idi?
12-06-2025, 13:07
İranı vurmağa hazırlaşırlar
11-06-2025, 15:00
Nüvə hücumu ola bilər - Xəbərdarlıq
11-06-2025, 14:27
Qəbul imtahanının nəticəsi elan edilib
11-06-2025, 12:12
Dron müharibəsinin dərsləri
11-06-2025, 08:09
NATO Ukrayna ilə bağlı qərar verməyə hazırlaşır
10-06-2025, 16:32
Mollazadə: Paşinyan Qarabağ klanı ilə mübarizəni davam etdirir
10-06-2025, 13:54
Rusiya təhlükəsi artır - Xəbərdarlıq
10-06-2025, 13:07
Cəlaloğlu: “Dini idarələr kəşfiyyatla əməkdaşlıq edib”
10-06-2025, 11:18
İranda it gəzdirmə polemikası: daha bir qadağa qüvvəyə minir
9-06-2025, 22:32
Deputat: “İqtisadiyyatımız üçün görülən işləri yetərli saymıram”
6-06-2025, 10:11
Elmdə yenilik: insanlar 1000 il yaşaya biləcək
5-06-2025, 17:33
İqlim dəyişikliyi münaqişələri artıracaq
5-06-2025, 13:29
Kilsə ilə Paşinyan arasında qarşıdurma böyüyür
5-06-2025, 12:08
Moskva və Bakı “Rus Evi”nə dair hələ də razılığa gəlməyib
5-06-2025, 10:05
Federasiya rəhbərini icra başçısı bıçaqlatdırıb? - Yenilənib
4-06-2025, 11:27
Vaşinqton Qafqaza böyük diplomatik diqqət yetirir
4-06-2025, 11:10
Rusiyaya qarşı daha sərt sanksiya hazırlanıb
4-06-2025, 10:13
Azərbaycan və Ermənistanın dövlət komissiyaları arasında görüş olub
4-06-2025, 08:08
Sabirabaddakı yanğında 4 nəfər həyatını itirib - (Yenilənib)
3-06-2025, 17:32
Məhkəmələrə hakimlər təyin edilib - (Siyahı)
3-06-2025, 17:26
Dünyanın bir hissəsi su altında qalacaq
3-06-2025, 15:18
Müharibə daha təhlükəli fazaya keçib
3-06-2025, 12:29
Xaricdə yaşayan daha 7 nəfər haqqında həbs qərarı çıxarılıb